BƏYİRTİ (ID - 4008)is. Bəyirən heyvanın səsi.
|
BƏYİRTMƏ (ID - 4009)“Bəyirtmək”dən f.is.
|
BƏYİRTMƏK (ID - 4010)icb. Bəyirməyə məcbur etmək, çığırtmaq, bağırtmaq.
|
BƏYLƏRBƏYİ (ID - 4011)is. tar. Keçmişdə İranda və Azərbaycanda vilayət hakimi. Amma siz durun gedin Qəzvinin köhnə bəylərbəyisinin yanına, onu dəxi razı edin.. M.F.Axundzadə. Bəylərbəyinin elçilərinə rədd cavabı vermək xanlıqla şahənşahlıq arasında...
|
BƏYLİK (ID - 4012)köhn. 1. sif. Bəyə məxsus, bəyə mənsub. Bəylik mülk.
is. məc. Ağalıq, hökmranlıq. Bəyliyi başarmadın, canın çıxsın belə gəz. (Məsəl). Müctəhid və şeyxülislamların cövlanı idi və xəlvət dərədə növ-növ tülkülərin... |
BƏYZADƏ (ID - 4013)is. köhn. [fars.] Bəy oğlu, bəy nəslindən olan adam. Şəhərlərdə, kəndlərdə və obalarda yaşayan xanzadələrimiz, bəyzadələrimiz, .. oxumaq və yazmaq bilmirlər. M.F.Axundzadə. Bunların arasında bəyzadə-zad yoxdur, hamısı fağır...
|
BƏYZADƏLİK (ID - 4014)is. köhn. Bəy nəslinə mənsubiyyət.
|
BƏZ (ID - 4015)bax bəzi.
|
BƏZƏDİLMƏ (ID - 4016)“Bəzədilmək”dən f.is.
|
BƏZƏDİLMƏK (ID - 4017)məch. Bəzək vurulmaq, zinətləndirilmək.
|
BƏZƏK (ID - 4018)is. Bəzəyən şey, gözəllik verən şey; zinət, yaraşıq. Divar bəzəyi.
// Cavahirat mənasında. Qadın bəzəyi. Bəzək vurmaq. Bəzək-bəzək ki, deyirlər, cavahirat deyil! Cavahirat bu gün zinəti-həyat deyil! M.Ə. Sabir. [Qətibə:]... |
BƏZƏKÇİ (ID - 4019)is. 1. Bəzək vuran, bəzək verən, bəzək işləri ustası.
etnoqr. Köhnə məişətdə: gəlin köçürülən qızları, yaxud varlı evlərdə qadınları bəzəndirib geyindirən. Bəzəkçi qadınlar içəri girdilər. M.S.Ordubadi. məc.... |
BƏZƏKÇİLİK (ID - 4020)is. Bəzəkçinin işi, sənəti.
|
BƏZƏK-DÜZƏK (ID - 4021)is. isteh. Bəzək, bəzək şeyləri, lüzumsuz bəzək. Özünə bəzək-düzək vermək. - Bil ki, insan ziynəti; Bəzək-düzək deyildir. R.Rza. Firidun bəzək-düzək altında itmiş .. bu qızın qəribə mühakimələrinə qulaq asır və heyrət...
|
BƏZƏKLƏNMƏ (ID - 4022)“Bəzəklənmək”dən f.is.
|
BƏZƏKLƏNMƏK (ID - 4023)f dan. 1. Özünə bəzək vurmaq, özünü bəzəmək.
2. Bəzənmək, gözəlləşmək. Bəzəklənirdüzəklənir, bağın fəzası rənglənir. A.Səhhət. Hünər gözəl, qüvvət gözəl, qol gözəl; Musanın sazında tel bəzəklənib. Aşıq... |
BƏZƏKLİ (ID - 4024)sif. Bəzək vurulmuş, bəzənmiş; zinətli. Bəzəkli ev. Bəzəkli mağaza. - Çox çəkmədi, bayram mərasimini andıran bəzəkli qatar gəldi. Mir Cəlal.
// Naxışlı, şəkilli. Üfüqlərdə günəş güldüyü zaman; Üstünə bəzəkli... |
BƏZƏKSİZ (ID - 4025)sif və zərf Heç bir bəzəyi, zinəti olmayan, sadə, adi. Bəzəksiz otaq. Bəzəksiz paltar. - [Xeyransa: | Qız bəzəksiz-düzəksiz ev paltarında qəfildən çıxdı bizim qabağımıza.. H.Sarabski. Şeirlərin məzmunudur bəzəksiz üz, gül...
|
BƏZƏMƏ (ID - 4026)“Bəzəmək”dən f.is.
|
BƏZƏMƏK (ID - 4027)f. 1. Zinətləndirmək, yaraşıq vermək, gözəlləşdirmək, qəşəngləşdirmək, nəzəri cəlb edəcək gözəl bir vəziyyətə salmaq. Evləri bayraqlarla bəzəmək. Seçki məntəqəsini bəzəmək. - Göy üzünü bəzərparlaq ulduzlar....
|
BƏZƏN (ID - 4028)zərf [ər.] Bəzi vaxt, bəzi hallarda, arabir, gah-gah. Bəzən başım ağrıyır.
bəzən bizə gələrdi. Su bəzən yaxşı gəlir, bəzən pis. - [Qətibə] bəzən Hüsaməddindən şübhələnir və onun Toğrul tərəfinə keçdiyini zənn... |
BƏZƏNDİRMƏ (ID - 4029)“Bəzəndirmək”dən f.is.
|
BƏZƏNDİRMƏK (ID - 4030)f. Bəzəmək, yaraşıqlı paltar geyindirmək. [Qarovulçu:] Fabriklərə axar pambıq selləri; Mal toxunar, bəzəndirər elləri. Ə.Haqverdiyev.
|
BƏZƏNİB-DÜZƏNMƏ (ID - 4031)“Bəzənib-düzənmək”dən f.is.
|
BƏZƏNİB-DÜZƏNMƏK (ID - 4032)bax bəzənmək
-ci mənada. Qız da hərəmxanada bəzənərdüzənər, hazırda oğlan evindən oğlan yengə gəlməyə müntəzir olar. R.Əfəndiyev. Görənlər tanıyır bu alma yanaq; Bəzənib-düzənmək bilirdi ancaq. M.Rahim. Ceyran tərtəmiz... |
BƏZƏNİLMƏK (ID - 4033)bax bəzədilmək.
|
BƏZƏNİŞ (ID - 4034)is. Bəzənmək işi, bəzənmə.
|
BƏZƏNMƏ (ID - 4035)“Bəzənmək”dən f.is.
|
BƏZƏNMƏK (ID - 4036)1. qayıd. Özünə zinət vermək, özünə bəzək vurmaq; yaraşıqlı geyinmək. Güzgünün qabağında bəzənmək.
2. məch. Bəzək vurulmaq, zinətləndirilmək, yaraşığa salınmaq, gözəlləşdirilmək, gözə xoş gələn şəklə salınmaq.... |
BƏZƏNMİŞ (ID - 4037)f.sif. 1. Bəzək vurulmuş, zinətləndirilmiş, bəzədilmiş. Bəzənmiş səhnə.
|
BƏZƏRƏK (ID - 4039)is. bot. Kətan toxumu.
|
BƏZƏTDİRMƏ (ID - 4040)“Bəzətdirmək”dən f.is.
|
BƏZƏTDİRMƏK (ID - 4041)icb. Bəzək vurdurmaq.
|
BƏZƏTMƏ (ID - 4042)“Bəzətmək”dən f.is.
|
BƏZƏTMƏK (ID - 4043)bax bəzəndirmək.
|
BƏZGƏK (ID - 4044)is. zool. Dovdaqlar fəsiləsinə mənsub, çöldə yaşayan köçəri quş. Ayın əksi suya düşüb parlar; Uçuşur göy üzündə bəzgəklər. A.Səhhət.
|
BƏZİ (ID - 4045)əvəz. [ər.] Hamısı yox, parası, ayrı-ayrı. Bəzi adamlar. Bəzi rayonlar. - O, nəinki özünü, hətta bəzi uzaq qohumlarını da saxlayırdı. İ.Şıxlı.
// İs. mənasında. Bəzilərinə bu xoş gəlir. Bəzilərinin bu işdən xəbəri... |
BƏZİR (ID - 4046)bax bəzərək.
|
BƏZİRGAN (ID - 4047)bax bazirgan.
|
BƏZİSİ (ID - 4048)bax bəzi.
|
BƏZL (ID - 4049)[ər.]: bəzl etmək köhn. - bağışlamaq, əsirgəməyib vermək. Vətən uğrunda, millət eşqində; Bəzli-can et xülusi-niyyət ilə. M.Ə.Sabir.
|
BƏZM (ID - 4050)is. [fars.] tənt. Kef məclisi, qonaqlıq. Gülzarlar oldu işrətabad; Hər yerdə olundu bəzmə bünyad. Füzuli. Gətir saqi, meyi-gülgün, bu bəzmi bir bahar eylə. Nəbati. ..Alimlər məclisində, dostlar bəzmində oldum. Ə.Cəmil.
|
BƏZMGAH (ID - 4051)is. [fars.] tənt. Eyş-işrət məclisi, kef məclisi (yeri).
|
BƏZR (ID - 4052) |
BƏZZAZ (ID - 4053)is. [ər.] köhn. Parça, arşmmalı satan tacir. Bəzzaz malı (parça, arşmmalı). Bəzzaz dükanı. - İki il bundan qabaq bu adam bəzzaz Hacı Əlinin dükanından iki top çit oğurlamışdı. C.Məmmədquluzadə. Sıra ilə düzülmüş bəzzaz...
|
BƏZZAZİYYƏ (ID - 4054)is. [ər.] köhn. 1. Bəzzaz malı, parça, arşmmalı.
2. Bəzzaz dükanı, parça, arşmmalı mağazası. [Rüstəm:] Sən mənim məsləhətimə bax: bu dükanı bağla, bir ayrı bəzzaziyyə mağazası aç. Ə.Haqverdiyev. |
BƏZZAZLIQ (ID - 4055)is. köhn. Bəzzazm peşəsi, sənəti; arşmmalçılıq. [Rəşid:] Bəlkə gedim dükan açım, bəzzazlıq eləyim. M.Hüseyn.
|
BIÇAQ (ID - 4056)is. 1. Kəsmək üçün alət. Bağban bıçağı. Ət bıçağı. Cib bıçağı.
2. Müxtəlif alətlərin, mexanizmlərin və s.-nin kəsən hissəsi. □□ Bıçaq sümüyə dayanmaq - son həddə çatmaq, əlacı kəsilmək, lap cana gəlmək.... |
BIÇAQÇI (ID - 4057)is. 1. Bıçaq qayıran usta. Bakıda, ümumiyyətlə, peşəkarlar: bənna, xarrat, dəmirçi, bıçaqçı və sairə çox olardı. H.Sarabski.
2. Bıçaq və s. itiləyən adam. |
BIÇAQÇILIQ (ID - 4058)is. Bıçaq qayırma sənəti.
|
Bu səhifə dəfə baxılıb