BƏZƏKLİsif. Bəzək vurulmuş, bəzənmiş; zinətli. Bəzəkli ev. Bəzəkli mağaza. - Çox çəkmədi, bayram mərasimini andıran bəzəkli qatar gəldi. Mir Cəlal.
// Naxışlı, şəkilli. Üfüqlərdə günəş güldüyü zaman; Üstünə bəzəkli yumşaq taftadan; Alafa çəkərdi, nazlardı səni. R.Rza. Qaraş özünə məxsus şirin-şirin gülərək, cibindən çıxardığı yanları bəzəkli ağ dəsmalla gözünü sildi. M.İbrahimov. // Məc. mənada. Bəzəkli yurdumuz çiçək-çiçəkdir; Hər keçən ömrümüz bir gələcəkdir. S.Vurğun. Paylaşın - Hamı bilsin
|