
BƏYLİKköhn. 1. sif. Bəyə məxsus, bəyə mənsub. Bəylik mülk.
is. məc. Ağalıq, hökmranlıq. Bəyliyi başarmadın, canın çıxsın belə gəz. (Məsəl). Müctəhid və şeyxülislamların cövlanı idi və xəlvət dərədə növ-növ tülkülərin bəyliyi idi. C.Məmmədquluzadə. // məc. Məclisdə sədrlik, rəhbərlik, başçılıq, böyüklük. Süfrənin bəyliyi əksəriyyət səslə çar konsuluna tapşırıldı. M.S.Ordubadi. sif. etnoqr. Bəyə (5-ci mənada) məxsus. Şahsənəm gəlin otağına keçdi. Qərib bəylik paltarını geyib, Şahsənəmin yanına gəldi. “Aşıq Qərib”. Paylaşın - Hamı bilsin
|