BƏLƏNMƏK1 (ID - 3758)məch. Bələyə bükülmək, sarğı ilə sarınmaq, qundaqlanmaq.
|
BƏLƏNMƏK2 (ID - 3759)bax bələşmək. Bal bələnib dillərinə, gül sancılıb tellərinə. Aşıq Əli.
Qənd əzilib dilə, dişə, dəhanə; Qaymaq dodaqlara bal bələnibdir. Aşıq Ələsgər. |
BƏLƏŞMƏK (ID - 3760)f. Bulaşmaq, bulanmaq. Canım qoydum yar yolunda sadağa; Bal bələşib dilə, dişə, dodağa. Aşıq Abdulla.
|
BƏLGƏ (ID - 3761)is. etnoqr. 1. El arasında evlənən oğlan tərəfindən qız evinə göndərilən birinci nişan - üzük və örpək.
məh. Əkin yerlərinin hüdudunu göstərən nişan, mərz. məc. Bəhanə, səbəb, dəlil, tutarğa. Əlində bəlgə etmək. məh.... |
BƏLGƏLƏMƏ (ID - 3762)“Bəlgələmək”dən f.is.
|
BƏLGƏLƏMƏK (ID - 3763)f. dan. köhn. 1. Bəhanə və üzr gətirmək, əldə dəstavüz etmək.
Köhnə məişətdə: nişan göndərmək, nişanlamaq. Hüdud qoymaq, əkin yerinin hüduduna nişan qoymaq. |
BƏLGƏLƏNMƏK (ID - 3764)məch. köhn. 1. Nişanlanmaq.
Hüdud qoyulmaq, nişan qoyulmaq, mərz qoyulmaq (əkin yerinə). |
BƏLĞƏM (ID - 3765)is. [ər.] Ciyərdən, yaxud nəfəs yollarından gələn qatı selikli, yaxud irinli ifrazat; hayqırıq.
|
BƏLĞƏMİ (ID - 3766)sif [ər.] Key, ağırtərpənən, hər şeyə laqeyd baxan; fleqmatik (xasiyyət).
|
BƏLĞƏMLİ (ID - 3767)sif 1. Bəlğəmlə dolu, içərisində bəlğəm olan. Bəlğəmli sinə. Bəlğəmli tüpürcək.
Bəlğəmə bulaşmış, bəlğəmlənmiş. Bəlğəmli yaylıq. |
BƏLĞƏMMİZAC (ID - 3768)sif. [ər.] Ağır, süst, soyuqqanlı. Bəlğəmmizac adam.
|
BƏLĞƏMOTU (ID - 3769)is. bot. Dərman hazırlanan çoxillik bitki. [Bəlğəmotunun] üst kökləri kökümsü gövdə ilə tamamlanır. Yerüstü gövdələri isə yerin altında topa, dəstə şəklində xaricə çıxıb, adətən qol-budaq vermir. Əliyev.
|
BƏLİ (ID - 3770)əd. 1. Verilən suala müsbət cavab və ya təsdiq üçün işlənilir; hə, elədir; (yox ziddi). [Şəhrəbanı xanım:] Bəli, baba dərviş çox razı oldum. M.F.Axundzadə. Salman düşündü və: -Nə faciədir o? - dedi. - Üsyan günlərinimi...
|
BƏLİM (ID - 3771)is. Darı, çəltik, buğda və s. bitkilərin küləşi; həşəm.
|
BƏLİRMƏ (ID - 3772)“Bəlirmək”dən f.is.
|
BƏLİRMƏK (ID - 3773)f. Bəlli olmaq, zahir olmaq, görünmək. Qadının dodaqlarından acı bir təbəssüm bəlirdi. S.Hüseyn.
|
BƏLİRTMƏK (ID - 3774)f. Bəlli etmək, zahir etmək, açıb göstərmək.
|
BƏLKƏ (ID - 3775)bağl. 1. Ola bilər, ola bilsin, ehtimal, şayəd, ola ki, olsun ki. Bəlkə bu gün axşam yağış ara verdi. - [Fəxrəddin:] Bəlkə mən tez qayıtdım. Başqasını götürməyin. M.S.Ordubadi. Cuma düşündü ki, bəlkə .. Marala onun haqqında...
|
BƏLLƏMƏ (ID - 3776)“Bəlləmək”dən f.is.
|
BƏLLƏMƏK (ID - 3777)f. 1. Bəlli etmək, aydınlaşdırmaq, bilmək.
Nişanlamaq, gözaltı etmək, bələdləmək. Tərlan kimi gözlərini zillədi; Dağ başından evin səmtin bəllədi. A.Səhhət. [Polkovnik] ona [təyyarəçiyə] - Bizim topların yerini bəlləmək... |
BƏLLƏNMƏ (ID - 3778)“Bəllənmək”dən f.is.
|
BƏLLƏNMƏK (ID - 3779) |
BƏLLƏTMƏ (ID - 3780)“Bəllətmək” dən f.is.
|
BƏLLƏTMƏK (ID - 3781)f Bildirmək, açmaq, üzə çıxarmaq. [Nəriman] təkrar güllə atıb, yerini bəllətməkdən qorxdu. Yerə sıxılıb diqqət elədi. Mir Cəlal.
|
BƏLLİ (ID - 3782)sif. Aydın, aşkar, məlum, meydanda olan. Bəlli məsələ.
// Xəbər şəkilçisi ilə: bəllidir - aydındır, məlumdur, aşkardır, görünür. Dudkeş kimi birpapaq başında; Ağ tükləri bəllidir qaşında. M.Ə.Sabir. Əzəldən böyükdür... |
BƏLSƏM (ID - 3783)is. [ər. əsli yun.] İsti ölkələrdə bitən və yarpaqlarından efir və qatran alman qara ağac.
// Bu ağacdan hasil edilən yağ, şirə (bax balzam). |
BƏM (ID - 3784)is. mus. Musiqidə yoğun (aşağı) səs (zil müqabili). Azərbaycan musiqisində böyük tersiya temperasiya tersiyasına nisbətən qısa (bəm), kiçik tersiya isə temperasiya tersiyasına nisbətən geniş (zil)dir. Ü.Hacıbəyov. Melodiya, bir-biri...
|
BƏMBƏCƏ (ID - 3785)is. dan. Pəncə. Zor ilə şikarı əlimdən aldı; Özümə də bir bol bəmbəcə çaldı. Q.Zakir.
|
BƏMBƏCƏLƏMƏK (ID - 3786)f dan. Qamarlamaq, qamarlayıb almaq, pəncəsinə keçirmək.
|
BƏMBƏYAZ (ID - 3787)sif. Ağappaq. Qarlı, qartallı bir yığın dağlar; Ta uzaqlardan bəmbəyaz parlar. H.Cavid. Bəmbəyaz qar kimidir, bəlkə də qardan ağdır. S.Rüstəm.
|
BƏMLƏŞDİRMƏ (ID - 3788)mus. “Bəmləşdirmək”dən f.is.
|
BƏMLƏŞDİRMƏK (ID - 3789)f. mus. Alçaq səslə (bəmlə) çalmaq, səsini alçaltmaq.
|
BƏN (ID - 3790)bax mən.
|
BƏND1 (ID - 3791)is. [fars.] 1. anat. Skelet sümüklərinin oynaq yerləri; buğum, məfsəl. Barmaqların bəndləri. Bəndləri ağrımaq. Bəndləri qırılmaq. - [Qazan xan] başında, bədəninin bəndlərində bir ağırlıq və sızıltı duydu. M.Rzaquluzadə.
Müxtəlif... |
BƏND2 (ID - 3792)[fars.] Vurğun, vurulmuş, aşiq. Oğlan qıza bənddir.
□ Bəııd olmaq - aşiq olmaq, vurulmaq, bərk sevmək, məftun olmaq. Düşübdür xəyalım yarın ruyinə; Can quşu bənd olub zülfü muyinə. M.V.Vidadi. Bənd olmuşam şirin-şirin... |
BƏND-BƏRƏ (ID - 3793)is. 1. Keçid, keçiləcək yer, keçilə biləcək yeganə yer. Hər tərəfdən düşmənin bənd-bərəsini bağladılar. - ..Qoşun atlandı, yolları, bənd-bərəni kəsdi. “Koroğlu”.
Kəsib bəndi-bərəni; Düşmən qoşunlarını amansız... |
BƏNDƏ (ID - 3794)is. [fars.] köhn. 1. Qul, kölə. Halım deyib muradıma yetsən əcəb dəgil; Bir bəndəyəm ki, dərgəhi-sultanə yetmişəm. Füzuli. [Səkinə xanım:] Xeyr, Ağa Həsən, sən mənim nə bəndəmsən, nə qulumsan. M.F.Axundzadə. Səadətin...
|
BƏNDƏÇİLİK (ID - 3795)bax bəndəlik. [Hacı Kərim:] Vallahı razı olmaram, gərək şeyx cənablarının bəndəçiliyini özüm qəbul edəm. C.Məmmədquluzadə.
|
BƏNDƏLİK (ID - 3796)is. köhn. 1. Köləlik, qulluq.
2. Qulluqçuluq, nökərlik, xidmətçilik. Buyur, ta bəndəlik edim baş ilən; Hər nə qulluğundur cana, xoş gəldin! M.P.Vaqif. [Ağa Həsən:] Xanım, niyə məni bəndəliyə qəbul etmirsən, məndən nə... |
BƏNDƏM (ID - 3797)is. 1. Meyvə saplağı.
2. Dərz bağlamaq üçün otdan, küləşdən eşilən bağ. Bu dərzin bəndəmini aç, xırmana tök. - Ona görə onların taxılı yolpa olmuş, dərzləri bəndəmin arasına güc ilə yığılırdı. S.Rəhimov. [Arvadlar]... |
BƏNDƏMLƏMƏ (ID - 3798)“Bəndəmləmək”dən f.is
|
BƏNDƏMLƏMƏK (ID - 3799)f. Bəndəmlə bağlamaq.
|
BƏNDƏMLƏNMƏ (ID - 3800)“Bəndəmlənmək”dən f.is.
|
BƏNDƏMLƏNMƏK (ID - 3801)məch. Bəndəmlə bağlanmaq.
|
BƏNDƏMLİ (ID - 3802)sif. Bəndəmi olan, bəndəmə bağlanmış.
|
BƏNDƏMLİK (ID - 3803)sif. Bəndəmə yarar.
|
BƏNDƏR (ID - 3804)is. [fars.] 1. Keçid, yol. Qara Məlik hər tərəfdən məhəlləyə girən bəndərləri kəsdirdi. M.S.Ordubadi.
2. Ticarət limanı. |
BƏNDƏRGAH (ID - 3805)is. [fars.] 1. Düşmənin, yaxud ovlanan heyvanın keçə biləcəyi yeganə yer, yol, keçid və s. Tutulub bəndərgah, kəsilib bərə; Tapmırıq çıxmağa yol, aman, aman! “Koroğlu”. Öz ehtiyatını görüb bəndərgahlarda əsgər qoyan...
|
BƏNDƏZADƏ (ID - 3806)is. [fars.] köhn. Keçmişdə bir şəxs müsahibinə hörmət üçün, oğluna işarə olaraq “mənim oğlum” əvəzində belə deyərdi. [Xudaverdi:] Bu gün səhərdən bizim evin qabağından keçəndə bəndəzadənizə özünüz buyurmayıbsınız...
|
BƏNDFƏRMAN (ID - 3807)[fars.] köhn. Əmrə, buyuruğa, fərmana hazır olan. Əsəd der: hökmündə bəndfərmanəm; Sənsən mənə sultan, Pəri, can Pəri! Aşıq Əsəd.
|
Bu səhifə dəfə baxılıb