BƏNDƏLİKis. köhn. 1. Köləlik, qulluq.
2. Qulluqçuluq, nökərlik, xidmətçilik. Buyur, ta bəndəlik edim baş ilən; Hər nə qulluğundur cana, xoş gəldin! M.P.Vaqif. [Ağa Həsən:] Xanım, niyə məni bəndəliyə qəbul etmirsən, məndən nə xəta baş veribdir? M.F.Axundzadə. Hökmdar bu gözəlliyə qarşı bəndəlik etməyə hazırdır. M.S.Ordubadi. Paylaşın - Hamı bilsin
|