BİRMANATLIQ (ID - 4509)1. sif. Bir manata dəyən, bir manat qiymətində olan. Birmanatlıq bilet.
2. is. Bir manat qiymətində kağız və ya metal pul. Birmanatlığı xırdalamaq. |
BİRMƏCHULLU (ID - 4510)sif. riyaz. Tərkibində bir məchul ədəd olan. Birməchullu düstur.
|
BİRMƏHƏLLƏLİ (ID - 4511)sif. Eyni məhəllədə yaşayan.
|
BİRMƏNALI (ID - 4512)sif. dilç. Bir mənası olan. Birmənalı söz.
|
BİRMƏNALILIQ (ID - 4513)is. Bir mənada olma xassəsi. Sözün birmənalılığı.
|
BİRMƏNZİLLİ (ID - 4514)sif. Bir mənzili olan. Birmənzilli ev.
|
BİRMƏRTƏBƏ(Lİ) (ID - 4515)sif. Bir mərtəbəsi, bir qatı olan. Birmərtəbəli bina. - Həyətin sol tərəfindəki birmərtəbəli evin iki qapısı vardı. S.Rəhman.
|
BİRMƏSLƏKLİ (ID - 4516)sif. Eyni məsləkə mənsub olan, həmməslək.
|
BİRMOTORLU (ID - 4517)sif. Ancaq bir motoru olan, bir motorla işləyən. Birmotorlu təyyarə.
|
BİRNƏFƏRLİK (ID - 4518)b a x biradamlıq.
|
BİRNƏFƏSƏ (ID - 4519)zərf 1. Arası kəsilmədən, aramsız, arada durmadan, dayanmadan. Birnəfəsə danışmaq. Birnəfəsə qışqırmaq. Birnəfəsə yüyürmək. - Mən bu əsəri.. böyük bir ləzzətlə və birnəfəsə axıra qədər oxudum, gənc qələm yoldaşıma...
|
BİRNÖVBƏLİ (ID - 4520)sif. Bir növbədə olan, icra edilən. Birnövbəli iş.
|
BİRNÜVƏLİ (ID - 4521)sif. xüs. İçində tək nüvəsi olan. Birnüvəli hüceyrə.
|
BİROXLU (ID - 4522)sif. Bir oxu olan.
|
BİROTURUMA (ID - 4523)zərf Bir dəfə oturduqda, bir dəfədə. Biroturuma on qutab yedi. O, biroturuma beş stəkan çay içir.
|
BİRPALATALI (ID - 4524)sif. siyasi. Yalnız bir palatası olan, bir qanunverici palatadan ibarət olan. Birpalatalı parlament.
|
BİRPƏRDƏLİ (ID - 4525)sif. Bir pərdədən (hissədən) ibarət olan. Birpərdəlipyes. Birpərdəli tamaşa.
|
BİRRƏQƏMLİ (ID - 4526)sif. riyaz. Rəqəmi tək olan. Birrəqəmli say.
|
BİRRƏNGLİ (ID - 4527)sif. Bir rəngə boyanmış; saya. Birrəngli rəsm. Birrəngli divar kağızı. Birrəngli parça.
|
BİRSAATLIQ (ID - 4528)sif. Bir saat davam edən, bir saat vaxt tələb edən, bir saat vaxt üçün müəyyən edilmiş. Birsaatlıq tənəffüs. Birsaatlıq iş. Birsaatlıq gəzinti.
|
BİRSƏSLİ (ID - 4529)sif. mus. Eyni səsdə olan, bir səslə ifa edilən. Birsəsli xor. - Birsəsli xalq mahnılarında belə müşayiətedici səslərin olmaması, heç də melodiyanın əhəmiyyətini azaltmır. Ə.Bədəlbəyli.
|
BİRSƏSLİLİK (ID - 4530)is. Bir səsdə, eyni səsdə olma xassəsi. Xorun birsəsliliyi.
|
BİRSİMLİ (ID - 4531)sif. Yalnız bir simi olan. Birsimli çalğı aləti.
|
BİRTAYLI (ID - 4532)sif. Bir tayı olan. Birtaylı qapı.
|
BİRTƏBƏQƏLİ (ID - 4533)sif. Bir təbəqədən, bir qatdan, bir laydan ibarət olan. Birtəbəqəli karton. Birtəbəqəli torpaq.
|
BİRTƏBƏQƏLİLİK (ID - 4534)is. Birtəbəqəli şeyin halı. Torpağın birtəbəqəliliyi.
|
BİRTƏRƏFLİ (ID - 4535)sif. 1. Bir tərəfi olan. Birtərəfli sütun. Birtərəfli cisim.
// Yalnız bir istiqamətdə, bir tərəfdə gedən, cərəyan edən. Nəqliyyatın küçədə birtərəfli hərəkəti. Birtərəfli teleqraf rabitəsi. // Yalnız bir tərəfdə... |
BİRTƏRƏFLİLİK (ID - 4536)is. Birtərəfli şeyin halı. Görüşlərin birtərəfliliyi. Mübahisədə birtərəflilik. Mühakimədə birtərəflilik.
|
BİRTƏRKİBLİ (ID - 4537)sif. Tərkibi bir şeydən, bir ünsürdən ibarət olan; bəsit. Birtərkibli dərman. Birtərkibli maddə. Birtərkibli filiz.
|
BİRTƏRKİBLİLİK (ID - 4538)is. Birtərkibli şeyin halı; bəsitlik.
|
BİRTİPLİ (ID - 4539)sif. Tip etibarı ilə başqalarına oxşar; eyni tipdə olan. Birtipli hərəkət. Birtipli təsərrüfat. Birtipli adamlar.
|
BİRTİPLİLİK (ID - 4540)is. Bir tipdə olma xassəsi.
|
BİRTOXUMLU (ID - 4541)sif. 1. Bir cür toxum əkilmiş. Birtoxumlu tarla.
2. Tək çəyirdəkli (meyvə). Şaftalı, gilas birtoxumlu meyvələrdəndir. |
BİRTONLU (ID - 4542)sif. Bir tonda olan, yeknəsəq, yekrəng.
|
BİRTONLUQ (ID - 4543)sif. 1. Bir ton ağırlığında şey tutan. Birtonluq vaqon. Birtonluq maşın.
2. Bir ton ağırlığında olan. Birtonluq yük. |
BİRTUMLU (ID - 4544)bax birtoxumlu.
|
BİRUH (ID - 4545)sif. [fars. bi... və ər. ruh] Ruhsuz, cansız, ölü. Gül kimi cisimlər, hamı biruh. M.Ə.Sabir. Hamı müqəvva kimi biruhü can; Çanta dalında dolaşır dərbədər. C.Cabbarlı.
|
BİRUN (ID - 4546)is. [fars.] köhn. Çöl, bayır, dışarı.
|
BİRUNİ (ID - 4547)sif. [fars.] köhn. 1. Xarici, zahiri.
2. İran evlərinin kişilərə məxsus olan qismi. |
BİRÜZ(LÜ) (ID - 4548) sif. riyaz. Bir üzü olan. Birüzlü səth.
|
BİRÜZLÜLÜK (ID - 4549)is. Birüzlü şeyin halı.
|
BİRÜZVLÜ (ID - 4550)sif. Bir üzvdən ibarət olan.
|
BİRYAN (ID - 4551)[fars.] bax büryan.
|
BİRYANLI (ID - 4552)sif. Birtərəfli, bir yanı olan.
|
BİRYAŞAR (ID - 4553)sif. Bir yaşın içində olan, biryaşlı. Biryaşar dana. Biryaşar uşaq.
|
BİRYAŞLI (ID - 4554)sif. 1. Bir yaşına dolmuş. Biryaşlı qulun. Biryaşlı uşaq.
2. Yaşları bərabər olan, yaşıd. Biryaşlı gənclər. |
BİRYERLİ1 (ID - 4555)sif. və is. Həmyerli, bir yerdən olan, həmvətən, həmşəhərli, həmkəndli. O mənimlə biryerlidir. Biz biryerliyik.
|
BİRYERLİ2 (ID - 4556)sif. Ancaq bir yeri olan, biradamlıq. Biryerli loja. Biryerli təyyarə. Biryerli kupe.
|
BİRYOLLU (ID - 4557)sif. dan. 1. Gediş-gəliş yolu bir olan.
B ax biryolluq. Sözünü biryollu söylə, qurtarsın. |
BİRYOLLUQ (ID - 4558)zərf Birdəfəlik, həmişəlik, qəti olaraq. İşi biryolluq qurtarmalı. Məsələni biryolluq həll etməli. Biryolluq cavab ver. - [Səlimnaz] .. təkliyin daşını biryolluq atacaqdı. M.Hüseyn.
|
Bu səhifə dəfə baxılıb