BİHUŞDARI (ID - 4209)is. [fars.] Bihuş-edici (yuxuladıcı) maddə. Əyyarlar başladılar Dəmirçi oğlunun üstünə bihuşdarı səpməyə. “Koroğlu”.
|
BİHUŞEDİCİ (ID - 4210)sif. Bihuş edən, məstedici. ..Bihuşedici ətir .. şirin biryuxu gətirmişdir. İ.Əfəndiyev.
|
BİHUŞLUQ (ID - 4211)is. 1. Bihuş, özündən getmiş adamın halı; bayğınlıq. Kiçik Lena bihuşluğundan ayıldı, gözlərini açdı. S.S.Axundov.
Huşsuzluq, yaddaşsızlıq, fikri dağınıqlıq. məc. Məstlik; heyranlıq, valehlik. |
BİHÜDUD (ID - 4212)sif. [fars. bi... və ər. hüdud]
Hüdudsuz, nəhayətsiz, ucsuz-bucaqsız. Dəryayi-bihüdud idi çərxi-zümürrüdin; Könlüm misalı mövczənü biqərar idi. M.Hadi. // Hədsiz, son dərəcə. İstəyir məxluq ona təzim qılsın, bihüdud;... |
BİHÜNƏR (ID - 4213)sif [fars.] Hünərsiz, bacarıqsız. Kərəmsiz kimsəni hər yerdə gördüm, bihünər gördüm. M.V.Vidadi. ..Heç kafər bəndəyə düçar olmasın; Ev-eşiyi murdar, bihünər gözəl. Q.Zakir.
|
BİXƏBƏR (ID - 4214)sif. və zərf [fars. bi... və ər. xəbər] Xəbərsiz. Mən bu işdən bixəbərəm. Əhvalatdan bixəbər olmaq. - Məhəbbət ləzzətindən bixəbərdir zahidi-qafil. Füzuli. Sirri-dəhanini demə naəhl zahidə; Qoy bixəbər qalıb, belə əsrari...
|
BİXƏTƏR (ID - 4215)sif. [fars. bi... və ər. xətər] Xətərsiz, qorxusuz, təhlükəsiz.
|
BİİXTİYAR (ID - 4216)zərf[fars. bi... və ər. ixtiyar]
İxtiyarsız, qeyri-iradi, qeyri-ixtiyari (olaraq), özü istəmədən, özündən asılı olmayaraq. Biixtiyar ağlamağa başladı. - Məstanə gözlərini görüb sərxoşam müdam; Biixtiyar sakini-meyxanəyəm... |
BİİKRAH (ID - 4217)zərf [fars. bi... və ər. ikrah] köhn. İkrahsız, nifrətsiz, çiyrənmədən. Baxan, baxmaq gərək qabaq-qabağa; Göz ucilə baxan biikrah baxar. M.P.Vaqif.
|
BİİQRAR (ID - 4218)sif. [fars. bi... və ər. iqrar] İqrarsız, sözünün üstündə durmayan, verdiyi sözdən dönən, dönük. Bivə/asan, səndən üz döndərmişəm; Yalançıya, biiqrara baxmaram. M.P.Vaqif.
|
BİİMAN (ID - 4219)[fars. bi... və ər. iman] bax imansız. [Çiçək xanım:] Mən bu xarabaya belə qız vermişdim? Bir dəri qalıb, bir sümük, a biiman! N.Vəzirov.
|
BİİNSAF (ID - 4220)[fars. bi... və ər. insafj bax insafsız. Biinsa/ adam. - [Hacı Saleh:] Neçə də/ə səni dar gündən qurtarmamışam, a biinsaf kişi! S.S.Axundov.
|
BİİNSAFLIQ (ID - 4221)bax insafsızlıq.
|
BİİNTİHA (ID - 4222)sif. [fars. bi... və ər. intiha] İntəhasız, sonsuz; son dərəcə, lap çox. [Muzdur] xüsusilə düşdüyü bəladan .. xilas olub, divan xatirəsindən qurtulmasına biintiha şakir idi. S.M.Qənizadə.
|
BİİZN (ID - 4223)[fars. bi... və ər. izn] bax izinsiz. [Xan:] Onun nə həddi var məndən biizn mənim arvadımın otağına girsin. Ə.Haqverdiyev.
|
BİKAM (ID - 4224)sif. [fars.] Kamına çatmamış, arzusuna nail olmamış, muradına çatmamış, istədiyinə qovuşmamış, nakam.
|
BİKAR (ID - 4225)sif. və zərf[fars.] 1. İşsiz, peşəsiz, məşğuliyyətsiz. Bikar adam. Bu gün bikaram. Bikar gəzmək. Bikar olanda bizə gəl.
[Əşrəf bəy:] Mənim işim belə düşübdür ki, bir dəqiqə bikar otura bilməyirəm.. N.Vəzirov. [Hüseyn:]... |
BİKARA (ID - 4226)[fars. bikarə] 1. sif dan. Gərəksiz, vecsiz, lazımsız, yararsız, faydasız, pis. Bikara adam. Bikara şey. - Mirzə Həbib cavab verdi ki, xalqın təzə padşahdan zəhləsi gedir. Onu süstrəy və bikara bilirlər. M.F.Axundzadə.
2. zərf... |
BİKARALAŞMAQ (ID - 4227)f dan. Gərəksiz, lazımsız, yaramaz bir hala düşmək; xarablaşmaq, pisləşmək, vecsizləşmək.
|
BİKARÇILIQ (ID - 4228)is. bax bikarlıq. Oxucularımızdan iltimas edirəm ki, “İrşad”ın 79-cu
nömrəsində Əhməd bəy(in) bikarçılıqdan yazdığı altı sütunlu baş məqaləyə diqqət etsinlər. C.Məmmədquluzadə. |
BİKARLAŞMA (ID - 4229)“Bikarlaşmaq”dan f.is.
|
BİKARLAŞMAQ (ID - 4230)f Bikar qalmaq, işsiz qalmaq, heç bir işlə məşğul olmamaq.
|
BİKARLIQ (ID - 4231)is. İşsizlik, avaralıq, işsiz gəzmə. İttifaqən bazar sənaətlərində rəvac olmayıb, qayət bikarlıqdan [adamlar] ac və möhtac qaldılar. “Tutinamə”. Bu büxlü, bu həsəd, bu göftgü bikarlıqdandır. S.Ə.Şirvani.
|
BİKEF (ID - 4232)sif. və zərf [fars. bi... və ər. keyf]
Kefsiz, bir qədər xəstə. □ Bikef olmaq - kefsiz olmaq, bir qədər xəstə olmaq. 2. Qəmli, kədərli, qüssəli, pərt, məyus. [Bədəl:] Yoldaşlar, daha bundan sonra məni bikef görməzsiniz.... |
BİKEFLƏMƏK (ID - 4233)f məh. Əhvalı pozulmaq, pərt olmaq, məyus olmaq. Ayna bikefləyib cəld aradan çıxdı. S.Rəhimov. Anasının nə kimi işgəncəli həyat keçirdiyini eşidən Gülüş də bikefləmişdi. Ə.Vəliyev.
|
BİKEFLİK (ID - 4234)is. Kefsizlik, əhvalı dəyişmə, pozulma.
// Qəmlilik, qüssəlilik, kədərlilik, məyusluq. |
BİKƏS (ID - 4235)sif və is. [fars.] Kimsəsiz, adamsız; heç bir adamı, qohumu olmayan. Qəriblikdə bikəslərin halını; Fikr elərəm, gözüm dolar qan ilə. M.V.Vidadi. Qıldı o bikəsin gözünü əşkbar eşq. S.Ə.Şirvani.
|
BİKƏSLİK (ID - 4236)is. Kimsəsizlik, adamsızlıq; heç bir adamı, qohumu olmayan adamın halı. Yetdi bikəsliyim ol qayətə kim, çevrəmdə; Kimsə yox cizginə girdabi-bəladən qeyri. Füzuli. Bikəsliyimə, həsrəti-besyarıma rəhm et! Heyran xanım. Dadimə yetə...
|
BİKR (ID - 4237)[ər.] bax bakir(ə).
|
BİQAL (ID - 4238)sif. [fars. bi.. və ər. qal] köhn. Sakit, səs-küy salmayan. Mən Hacı Abtalıbdan, külfətindən bir pislik görməmişəm və eşitməmişəm, biqal adamdırlar. H.Sarabski.
|
BİQEYD (ID - 4239)[fars. bi... və ər. qeyd] bax qeydsiz. Balaca uşaqlar gülər sifətləri ilə biqeyd, bağın xiyabanlarında qışqırtı ilə yüyürüşürlər. Ə.Haqverdiyev.
|
BİQEYRƏT (ID - 4240)[fars. bi... və ər. qeyrət] bax qeyrətsiz (bəzən söyüş yerində işlənir). [Nurəddin ağa:] Bircə mənə de görüm, .. sizin qızlarınız bir naməşru iş görsə, onda kimdir müqəssir? Biqeyrət, binamus həşərat kimdir? N.Vəzirov....
|
BİQEYRƏTLİK (ID - 4241)b a x qeyrətsizlik.
|
BİQƏDR (ID - 4242)sif [fars. bi... və ər. qədr] klas. Dəyərsiz, qədir-qiyməti olmayan, qiymətsiz, gözdən düşmüş, hörmətdən düşmüş. Sərdən gedəli sayəsi ol sərvi-rəvanın; Biqədr oluban həmrəhü həmsayə dağılmış. Q.Zakir.
|
BİQƏM (ID - 4243)[fars. bi... və ər. ğəm] bax qəmsiz. Layiq deyil sənə nakəsi-biqəm; Adam gərək ola adama həmdəm. M.P.Vaqif.
|
BİQƏRAR (ID - 4244)[fars. bi... və ər. qərar] bax qərarsız. İntizarəm vədeyi-vəslin yolunda hər zaman; Hər zəman divanə tək dağlarə düşdüm biqərar. Xətayi. Könül dünyada yar istər; Olubdur biqərar, istər. M.V.Vidadi. Tez gətir xəbər, qoyma...
|
BİQƏRƏZ (ID - 4245)[fars. bi... və ər. qərəz] bax qərəzsiz. [Sərbaz:] Hətta biz ondan [Hacı Qafurdan] bir cüzi xərclik istədik, dedi ki, şahid gərək biqərəz ola. M.F.Axundzadə. Giryeyi-zarım vüsalınçın deyil şamü səhər; Biqərəz sövdayi-eşqində...
|
BİQƏRƏZLİK (ID - 4246)bax qərəzsizlik.
|
BİQUDİ (ID - 4247)is. [fr.] Saçın qıvrıldılması üçün istifadə olunan metal və ya plastik borucuqlar.
|
BİQÜSUR (ID - 4248)[fars. bi... və ər. qüsur] 1. Bax qüsursuz.
2. Şübhəsiz (olaraq), yəqin. Bu gələn cümə biqüsurü güman; Sizə inzal eylərəm baran.S.Ə.Şirvani. |
BİLAARAM (ID - 4249)[ər. bila... və fars. aram] bax aramsız. Bilaaram yağış yağır. Bilaaram danışır, yorulmaq bilmir. - ..Rza bütün günü bilaaram gah körük basar, gah dəmir
döyərdi. M.İbrahimov. Kəpənəklər alabəzək qanadlarını bilaaram titrədərək,... |
BİLAFƏRQ (ID - 4250)zərf [ər.] köhn. Fərq etmədən, fərq qoymadan, seçmədən; başdanbaşa, ucdantutma. [Müharibə] yaxşı və yaman otların hamısını bilafərq biçib məhv edir. M.S.Ordubadi.
|
BİLAİXTİYAR (ID - 4251)[ər.] bax biixtiyar. Mahmud bilaixtiyar sobanın qabağında çömbəldi. Ə.Əbülhəsən. Səttar bu sözləri o qədər ciddiyyətlə dedi ki, kürd bilaixtiyar onun üzünə baxdı. P.Makulu.
|
BİLAİSTİSNA (ID - 4252)zərf [ər.] İstisnasız (olaraq), heç kəsi, heç şeyi aradan çıxmayaraq, hamı (hamısı) daxil olmaq üzrə. Bilaistisna hamı iclasa gəlməlidir. - Mirzə Fətəli feodalizm quruluşuna və onun bilaistisna bütün əxlaqi, mənəvi qanunlarına...
|
BİLAMƏMANİƏT (ID - 4253)zərf [ər] köhn. Arada heç bir maneə olmadan; maneəsiz, əngəlsiz; asanlıqla. - Bu gündən qohumlar bilaməmaniət bir-birinin evinə gedib-gəlməyə başladılar. Ə.Haqverdiyev.
|
BİLATƏXİR (ID - 4254)zərf [ər.] Təxirsiz (olaraq), gecikmədən, yubanmadan, təcili, tez. [Əşrəf bəy:] Təvəqqe eləyirəm bilatəxir təşrif aparasız. N.Vəzirov. ..Ta hökm sənə çatan tək, bilatəxir qoşunu mənə yetirəsən.. Ə.Haqverdiyev. Ruznamə bilatəxir...
|
BİLATƏŞBEH (ID - 4255)zərf [ər.] köhn. Bənzədilməsi arzu olunmayan, yaxud günah sayılan şey haqqında deyilir. [Hacı:] Fağır-füqəraya əl tutmuşam, elə biri də bilatəşbeh, lap olsun sənin qızın!.. Mir Cəlal.
|
BİLAVASİTƏ (ID - 4256)zərf [ər.] Vasitəsiz olaraq, arada heç bir vasitə olmadan; arada heç bir şey (şəxs) iştirak etmədən; birbaşa. Bilavasitə mərkəzi idarələrə müraciət etmək. Bilavasitə rəhbərlik etmək. Məktubu bilavasitə sahibinə vermək. O,...
|
BİLAYİQ (ID - 4257)[fars. bi... və ər. layiq] bax ləyaqətsiz. [Zaman:] Mən heç vədə Qədimə bilayiq oğlan demərəm. Ə.Haqverdiyev.
|
BİLCÜMLƏ (ID - 4258)zərf [ər.] köhn. bax bilümum. Bir gün gələ bidar ola bilcümlə cəmaət; Təzviri-ibadətdən edə fərq bu millət. M.Ə.Sabir.
|