BİKƏSLİKis. Kimsəsizlik, adamsızlıq; heç bir adamı, qohumu olmayan adamın halı. Yetdi bikəsliyim ol qayətə kim, çevrəmdə; Kimsə yox cizginə girdabi-bəladən qeyri. Füzuli. Bikəsliyimə, həsrəti-besyarıma rəhm et! Heyran xanım. Dadimə yetə ruzi-bəla hiç kəsim yox; Bikəsliyim axır özümə dadrəs etdim. S.Ə.Şirvani.
Paylaşın - Hamı bilsin
|