...........
BİİXTİYARzərf[fars. bi... və ər. ixtiyar]
İxtiyarsız, qeyri-iradi, qeyri-ixtiyari (olaraq), özü istəmədən, özündən asılı olmayaraq. Biixtiyar ağlamağa başladı. - Məstanə gözlərini görüb sərxoşam müdam; Biixtiyar sakini-meyxanəyəm yenə. Kişvəri. Biixtiyar ovcumdakı dəni yerə səpərdim. Cücələr bir-birini döşləyərək səpdiyim dəni dimdiklərdi. A.Şaiq. [Məryəmin] gözləri axdı, başı çiyninə əyildi və iki əli də biixtiyar düşüb sallandı. B.Talıblı. 2. Hüquqsuz, ixtiyarsız, əlində ixtiyarı olmayan. İmama ixtiyarın vermə, hərgiz uyma, təkbirə; Özün, kim faili-muxtarsən, biixtiyar olma. S.Ə.Şirvani. Paylaşın - Hamı bilsin
|