BİKARsif. və zərf[fars.] 1. İşsiz, peşəsiz, məşğuliyyətsiz. Bikar adam. Bu gün bikaram. Bikar gəzmək. Bikar olanda bizə gəl.
[Əşrəf bəy:] Mənim işim belə düşübdür ki, bir dəqiqə bikar otura bilməyirəm.. N.Vəzirov. [Hüseyn:] Əgər bu cür boş sözün varsa, bikar vaxtında gəl, sən danış, mən də yazım, səhnədə lazım olar. S.Rəhman. [Şamamanın anası:] Heç belə vaxtlarda da evdə bikar oturmaq olarını? İ.Əfəndiyev. 2. məc. Əkilməmiş, toxum atılmamış, ağac əkilməmiş, boş (yer). Paylaşın - Hamı bilsin
|