BALDIRĞANLIQ (ID - 2858)is. Baldırğan bitən yer, baldırğan çox olan yer.
|
BALDIRIAÇIQ (ID - 2859)sif. və zərf dan. 1. Qıçları açıq, örtülməmiş, çılpaq; tumanı gödək. O da başıaçıq, baldırıaçıq yığıb 24 uşağı cərgə ilə düzüb təlim verir. C.Cabbarlı. [Qara kişi:] Bu baldırıaçıq gəzməyi nə vaxtdan çıxartmısınız?...
|
BALDIRLAMA (ID - 2860)“Baldırlamaq”dan f.is.
|
BALDIRLAMAQ (ID - 2861)f. dan. Baldırından yapışmaq, baldırından tutmaq, baldırına keçirmək. İt onu qəfildən baldırladı.
|
BALDIZ (ID - 2862)is. Arvadın və ya ərin bacısı. [Teymur ağa:] Mən sənin baldızın Nisə xanıma təəşşüq yetirib, Allahın əmri ilə onu almağa talib idim. M.F.Axundzadə. Məsmənin həyatının üçüncü səhifəsi öz baldızının qəyyumluğundan...
|
BALDÖYƏN (ID - 2863)is. bot. Şirin çiçəkləri olan şirəli bir ot.
|
BALERİNA (ID - 2864)is. [ital.] Balet aktrisası, rəqqasəsi.
|
BALET (ID - 2865)is. [ital.] 1. Musiqinin müşayiəti ilə icra edilən rəqs və mimik hərəkətlərdən ibarət müəyyən teatr tamaşası. Bu axşamkı baletə bilet aldıq. Balet məşqi.
// Bu cür tamaşa üçün yazılmış musiqi əsəri. “Yeddi gözəl”... |
BALETMEYSTER (ID - 2866)[alm.] 1. Balet rejissoru, baletə rəhbərlik edən adam. XIX əsrin birinci yarısında rus baleti məşhur baletmeyster Didlonun parlaq yaradıcılıq fəaliyyəti sayəsində çox böyük müvəffəqiyyətlər əldə etmişdi. Ə.Bədəlbəyli.
2.... |
BALƏNG (ID - 2867)is. 1. Zirə otuna oxşayan qara toxumlu dağ otu.
2. Portağala, limona bənzər, lakin onlardan böyük olan turş acı dadlı ətirli bir meyvə. |
BALGÜLÜ (ID - 2868)is. bot. Şirin çiçəkləri olan sarmaşıq bitki.
|
BALIQ1 (ID - 2869)is. 1. Qəlsəmə ilə tənəffüs edən, temperaturu dəyişən, üzgəclə hərəkət edən su heyvanı. Siyənək balığı. Balıq əti. Balıq yağı. Balıq tutmaq. Balıq şorbası. Balıq toru.
Balığı haçan tutsan təzədir. (Ata. sözü). ... |
BALIQ2 (ID - 2870)is. məh. Oturaq kənd, qəsəbə; abad tikili qrupu.
|
BALIQBELİ (ID - 2871)sif. məh. Ortası balıq beli kimi dik (ev üstü, yonulmuş ağac və s.). Alaqapıdan girdikdə, ortadan balıqbeli, geniş bir yol salınmışdır. S.Rəhman.
|
BALIQCIL (ID - 2872)is. zool. Leylək kimi uzun qıçlı, uzun dimdikli, kiçik balıqlarla qidalanan ala-bəzək quş.
|
BALIQÇI (ID - 2873)is. 1. Balıq ovlayan, balıq tutmaqla məşğul olan adam. Balıqçı qayığı. Balıqçı toru. - Balıqçılar qayıqla çıxıb yenə Xəzərə. M.Seyidzadə.
2. Balıq satan. Balıqçı dükanı. |
BALIQÇILIQ (ID - 2874)is. Balıq tutma sənəti, balıqçı sənəti; balıq tutmaqla məşğul olma. Balıqçılıqla məşğul olmaq.
|
BALIQƏTİ (ID - 2875)is. anat. Baldırın dal səthində olan qalın əzələ kütləsi.
|
BALIQİÇİ (ID - 2876)is. aşp. Bişirilən balığın qarnına doldurulan qoz, soğan və kişmişdən ibarət iç.
|
BALIQQULAĞI (ID - 2877)is. Müxtəlif onurğasız heyvanların üz tərəfi, adətən buynuz təbəqədən, iç tərəfi isə sədəf təbəqədən ibarət olan örtü hissəsi, qabığı. Sahildə balıqqulağı topladıq. Balıqqulağından hazırlanmış bəzək şeyləri....
|
BALIQLI (ID - 2878)sif. 1. İçərisində balıq olan. Balıqlı göl. Balıqlı çay. Balıqlı sular.
2. Balıqdan hazırlanmış (yemək). |
BALIQTUTAN (ID - 2879)b ax balıqçı 1-ci mənada.
|
BALIQUDAN (ID - 2880)is. zool. b a x qutan.
|
BALIQYETİŞDİRMƏ (ID - 2881)is. zool. Vətəgə balıqlarının süni şəraitdə çoxaldılması.
|
BALINC (ID - 2882)bax balış. Bahadır başını balıncdan qaldırdı. N.Nərimanov. [Sadıq kişi] köynəkcək qalxdı, balıncı aparıb yavaşca Vahidin başı altına qoydu. Mir Cəlal.
|
BALINCÜZÜ (ID - 2883)b a x balışüzü. Vaqon xidmətçiləri sərnişinlərə işlənmiş əl-üz dəsmalı, döşəkağı, balıncüzü verdiklərindən, sərnişinlər arasında qiyamət qopmuşdu. “Kirpi”.
|
BALIŞ (ID - 2884)is. 1. Quş tükü və ya başqa yumşaq, mütəhərrik şeylər doldurulmuş yataq ləvazimatı, yastıq. Pəncərədən içəri girən ruzgar da onun balışı üzərində tökülən saçlarını dalğalandırır. M.S.Ordubadi. [Rüstəm:] Atam altına...
|
BALIŞAĞI (ID - 2885)b ax balışüzü.
|
BALIŞÜZÜ (ID - 2886)is. Yastığa keçirilən üz. Kətan balışüzü. Balışüzü düyməsi.
|
BALİNA (ID - 2887)[fr.] Bədəncə balığa oxşar çox iri dəniz məməlisi; kit. Balina ovu. Balina sümüyü. Balina bütün məməli heyvanlar kimi istiqanlı heyvandır.
|
BALKAR (ID - 2888)is. Şimali Qafqazda yaşayan türkdilli xalq və bu xalqa mənsub adam.
|
BALKARCA (ID - 2889)sif. və zərf Balkar dilində.
|
BALKON (ID - 2890)[ital.] 1. Evlərin, binaların qabaq tərəfındə tikilən artırma, üstü açıq, ya örtülü məhəccərli meydança. Açıq balkon. Balkon pəncərələri. - Balkonda bir qarışa qədər qar vardı. S.Hüseyn. Qoca usta .. daş pilləkənlə qalxıb,...
|
BALKONLU (ID - 2891)sif. Balkonu, ya balkonları olan. Balkonlu ev.
|
BALQABAĞI (ID - 2892)sif. Balqabaq kimi, balqabaq şəklində. Balqabağı qarpız.
|
BALQABAQ (ID - 2893)is. 1. Uzunsov, ortası nazik şirin qabaq, boranı, kudu. Kənd arvadları qışın tədarükünü qurtarırdı, .. kimisi yaman günün köməyi olan kudu və balqabaqları gizlədirdi. M.İbrahimov.
// məc. Balqabağa oxşayan şey haqqında.... |
BALLADA (ID - 2894)[fr.] ədəb. 1. Əfsanə, nağıl, yaxud tarixi məzmunda yazılmış təhkiyə üslubunda mənzum əsər.
2. mus. Əsasən rəvayət mahiyyətində olan oxunulan, ya çalınan musiqi əsəri növü. Keçmiş bir hadisəni kiçik bir hekayə şəklində... |
BALLAST (ID - 2895)[ing.] Üzərində dəmiryol şpalları duran dəmiryol yatağının üzərinə döşənən çınqıl, qum və s.
|
BALLI (ID - 2896)sif. 1. Bal qatılmış. Ballı konfet.
2. məc. Bal kimi şirin. Bir alagözlünü sevibdi könül; Dəhanipüstədir, dodağı ballı. Aşıq Bəndə. |
BALLIBADI (ID - 2897)is. Bal qatılmış qoğal, şirin çörək.
|
BALLICA (ID - 2898)bax qırmızıbaldır.
|
BALLİSTİK (ID - 2899)sif. Ballistikaya aid olan. Ballistik raket.
|
BALLİSTİKA (ID - 2900)[yun.] 1. Nəzəri mexanikanın fəzaya atılmış ağır cismin hərəkət qanunlarını öyrənən şöbəsi.
2. Mərminin, silahın lüləsi içərisində və bu lülədən çıxdıqdan sonrakı hərəkət qanunlarını tədqiq edən elm. |
BAL-MASKARAD (ID - 2901)[fr.] İştirakçıları üzlərinə maska taxmış və fantastik paltarlar geymiş halda gəldikləri şənlik və rəqs məclisi.
|
BALNEOLOGİYA (ID - 2902)[xar.] Təbabətin, mədən suları və palçıqların kimyəvi tərkibini, habelə bunların müalicə təsiri və üsullarını öyrənən elm.
|
BALNEOLOJİ (ID - 2903)sif. Balneologiyaya aid olan. 'Balneoloji kurort.
|
BALNEOLOQ (ID - 2904)[xar.] Balneologiya mütəxəssisi.
|
BALON (ID - 2905)[fr.] 1. Maye və qaz saxlamaq üçün dəmir və ya plastik materialdan hazırlanmış qab.
İçərisinə hava doldurulmuş rezin şin. Aerostatın, içinə qaz doldurulan qovuğu. // İçərisinə doldurulmuş havadan yüngül qazın köməyi... |
BALSÜZƏN (ID - 2906)is. xüs. Arı şanından balı çıxarmaq üçün cihaz.
|
BALTA (ID - 2907)is. Odun doğramaq, ağac kəsmək və s. üçün işlədilən saplı, enli və itiağızlı dəmir alət. Balta ilə odun doğramaq. Odun baltası. Balta ilə kəsmək. - Balta ağac kəsməzdi, sapı ağac olmasaydı. (Ata. sözü).
// tex. Neft... |
Bu səhifə dəfə baxılıb