BALQABAQis. 1. Uzunsov, ortası nazik şirin qabaq, boranı, kudu. Kənd arvadları qışın tədarükünü qurtarırdı, .. kimisi yaman günün köməyi olan kudu və balqabaqları gizlədirdi. M.İbrahimov.
// məc. Balqabağa oxşayan şey haqqında. Bu halda gördüm, mənə tərəf bir kişi gəlir .. başı balqabaq... Ə.Haqverdiyev. 2. məc. dan. Key, maymaq, ruhsuz, atil, bacarıqsız, iradəsiz, küt adam haqqında. [Əlyarov:] Xəlil nədir ki, o məni işdən çıxardır, bunlar da balqabaq kimi durub baxırlar. M.Hüseyn. Paylaşın - Hamı bilsin
|