BALKON[ital.] 1. Evlərin, binaların qabaq tərəfındə tikilən artırma, üstü açıq, ya örtülü məhəccərli meydança. Açıq balkon. Balkon pəncərələri. - Balkonda bir qarışa qədər qar vardı. S.Hüseyn. Qoca usta .. daş pilləkənlə qalxıb, şüşəbəndli balkona çatdı. M.Hüseyn. Ev sahibi balkonda stol qoyub, çay süfrəsi saldı. Mir Cəlal.
2. Teatrda: üst yaruslarda olan yerlər. Paylaşın - Hamı bilsin
|