BALIŞis. 1. Quş tükü və ya başqa yumşaq, mütəhərrik şeylər doldurulmuş yataq ləvazimatı, yastıq. Pəncərədən içəri girən ruzgar da onun balışı üzərində tökülən saçlarını dalğalandırır. M.S.Ordubadi. [Rüstəm:] Atam altına balaca döşəkcə salmış, bardaş quraraq arxasını balışa söykəmişdi. M.İbrahimov.
2. məh. xüs. Çardaq taxtalarından hər biri. Paylaşın - Hamı bilsin
|