BƏRKİNMƏ (ID - 3908)“Bərkinmək”dən f.is.
|
BƏRKİNMƏK (ID - 3909)f. 1. Bağlanmaq, örtünmək, qapanmaq, pərçinmək, kiplənmək. Qapıbaca bərkindi. Maşının hissələri yerbəyer bərkindi.
Öz üstünü, yaxud üzünü bir şeylə örtmək, qapamaq, bərkitmək. |
BƏRKİŞDİRMƏ (ID - 3910)“Bərkişdirmək”dən f.is.
|
BƏRKİŞDİRMƏK (ID - 3911)bax bərkitmək 2-ci mənada. Soyuq su ilə yuyunmaqla bədənini bərkişdirən adamlar bir sıra soyuqdəymə xəstəliklərinə çox az tutulur, daha davamlı və möhkəm olurlar. Zərgərli.
|
BƏRKİŞMƏ (ID - 3912)“Bərkişmək”dən f.is.
|
BƏRKİŞMƏK (ID - 3913)f 1. Bərk hala gəlmək, qəlizləşmək, kəsifləşmək, qatılaşmaq.
2. Bax bərkimək 1, 2 və 5-ci mənalarda. Mübarizədə bərkişmək. - Çəkişməyən bərkişməz. (Məsəl). |
BƏRKİŞMİŞ (ID - 3914)“Bərkişmək”dən fsifi İşdə, mübarizədə bərkişmiş adam.
|
BƏRKİTDİRMƏ (ID - 3915)“Bərkitdirmək”dən f.is.
|
BƏRKİTMƏ (ID - 3916)“Bərkitmək”dən f.is.
|
BƏRKİTMƏK (ID - 3917)f. 1. Bağlamaq, örtmək; qapamaq, qıfıllamaq. Qapını bərkitmək. Darvazanı bərkitmək. - [Sübhanverdizadə] əllərini stola dayayıb ayağa qalxdı, qapıları açıb baxdı və arxadan örtüb bərkitdi. S.Rəhimov.
// Bir şeylə bağlayaraq,... |
BƏRKLİK (ID - 3918)is. 1. Bərk şeyin halı. Qəndin bərkliyi azdır. Çörəyin bərkliyi. Qabığın bərkliyi. - [Mahmud:] Mənim barmaqlarım kobudluqda, bərklikdə oymaqdan qalmaz. Ə.Əbülhəsən.
2. Xəsislik, simiclik. |
BƏRKLİKÖLÇƏN (ID - 3919)is. xüs. Bir cismin bərkliyini ölçmək üçün cihaz və s.
|
BƏRQ (ID - 3920)is. [ər.] Şimşək.
// Bədii təsvirlərdə. Bərqü baran sanma kim gördükdə ahü əşkimi... Füzuli. // Parıltı. □ Bərq etmək b ax bərq vurmaq. 'Rövşən etməzyüz min günəş bərq etsə; Bu möhnətdə qaralanmış... |
BƏRQƏRAR (ID - 3921)[fars. bər və ər. qərar]
köhn. Yerləşmiş, yerləşmə, qərar tapma, dayanma. ..Kərim xan adlı deyir ki: aləm dörd rüknün üstündə bərqərardır... M.F.Axundzadə. Əvvəlki halında qalma, sabit olma. [Bəhram:] .. 'Pəri... |
BƏRQƏSD (ID - 3922)zərf [fars. bər və ər. qəsd] Qəsdən, bilə-bilə. Qarpızlarımız var ki, biri bir toğlu boyda. Kəsirsən qıpqırmızı. Elə bil içinə bərqəsd bal töküblər. Ə.Vəliyev.
|
BƏRLİ-BƏZƏKLİ (ID - 3923)sif. Çox bəzəkli, səliqə ilə bəzənmiş. ..Ağzımı açmamış Gilə xala özünün bərli-bəzəkli qonaq otağına təklif etdi. Mir Cəlal.
|
BƏRMURAD (ID - 3924)sif. [fars. bər və ər. murad] klas. Muradına yetişmiş, arzusuna çatmış.
Bərmurad etmək - muradına çatdırmaq. Bu gün müştaqi-didarın olanı bərmurad etdin. M.P.Vaqif. |
BƏRNİ (ID - 3925)is. İçində piti bişirmək və s. üçün istifadə edilən saxsı qab.
// Banka. Mürəbbə bərnisinin böyrü deşildi. Mir Cəlal. |
BƏRPA (ID - 3926)[fars.] Əvvəlki normal halına salma (dağılmış, yıxılmış, xarab olmuş, korlanmış, qırılmış, kəsilmiş şeyi); təzədən qurma (qurulma), təzədən düzəltmə (düzəldilmə), təzədən tikmə (tikilmə), təzələmə (təzələnmə);...
|
BƏRPAEDİCİ (ID - 3927)sif. xüs. Bərpa edən, əvvəlki hala (vəziyyətə, şəklə) salan.
|
BƏRRAQ (ID - 3928)sif. [ər.] şair. Bərq vuran, parıldayan. ..Günəşinyüksəkdən görünən işıqları sakit, saf, bərraq bir dənizin dalğalarında çimərək bəşəriyyətin gözünü işıldadır. M.S.Ordubadi.
|
BƏRR-BİYABAN; BƏRRÜ BİYABAN (ID - 3929)is. [ər. bərr və fars. biyaban] köhn. Səhra, ucubucağı olmayan bitkisiz, quru çöl. [Cahangir bəy:] Səadət, təksəndən ötrü xanimanımdan əlçəkib, bərr-biyabana düşmüşəm. N.Vəzirov. Seyr edirəm bərr-biyabanları; Quli-biyaban...
|
BƏRŞİKƏST (ID - 3930)[fars.] köhn. 1. Sınıq çıxma; müflis, müflis olma.
□ Bərşikəst olmaq smıq çıxmaq, müflis olmaq. 2. Sınıq çıxmış, müflis olmuş, müflis. |
BƏRTƏRƏF (ID - 3931)[fars. bər və ər. tərəf]: bərtərəf edilmək - aradan qaldırılmaq; bərtərəf etmək - aradan qaldırmaq; bərtərəf olmaq - aradan qalxmaq.
|
BƏRZƏX (ID - 3932)is. [ər.] 1. coğr. İki qitəni birbirinə, yaxud qitəni yarımada ilə birləşdirən dar torpaq zolağı.
2. Dini əfsanələrə görə, guya ruhların qiyamətə qədər qərar tutacağı behiştlə cəhənnəm arasında yer. [Şeyx Nəsrulla:]... |
BƏS1 (ID - 3933)əd. [fars.] 1. Yetər, kafi, kifayət. İş apar, baş gedərsə, qoy getsin; Ad qalır bəs deyilmi millət ilə. M.Ə.Sabir.
□ Bəs demək - kifayətlənmək, gözü doymaq. Bəs ki köhn. - 1) olduqca çox. Əqlin aparıb bəs ki baxır gündə... |
BƏS2 (ID - 3934)əd. Sualı, ya fikri gücləndirmək üçün işlənir. Bəs harada idin? Bəs bizə nə vaxt gələcəksən? Bəs sənin şeylərin hanı? Bəs bu gün nə edəcəksən? Bəs sabah? - Ey həqqi hər yerdə hazırdır deyən əgri nəzər; Bəs nə mənidən...
|
BƏSA (ID - 3935)zərf[fars.] köhn. Çox, çoxlu, kifayət qədər, bəs qədər. Ruhum Xizrtək ondan bəsa kəsbi-kəmal etdi. M.P.Vaqif.
|
BƏSARƏT (ID - 3936)bax bəsirət.
□ Bəsarəti bağlı olmaq (bağlanmaq) - qafil olmaq, həqiqəti görməmək, gözü bağlanmaq, başa düşməmək, gözü bağlı olmaq. [Qasım:] Adamın bəsarəti bağlananda bağlanır. Ə.Haqverdiyev. |
BƏSİ (ID - 3937)[fars.] köhn. Çox, çoxlu, xeyli. Canım gedəni, bəsi zamandır; Cismimdəki indi özgə candır. Füzuli. Sərü simayi-cananı çəkiblər bir-birindən xoş; O ki çeşmi-siyəh məstdir, bəsi şahanə yazmışlar. Q.Zakir.
|
BƏSİRƏT (ID - 3938)is. [ər.] Bir şeyi dərindən və tez anlama qabiliyyəti, gələcəyi görmə qabiliyyəti. İkinci iddia bəsirət sahibləriyanında qətiyyən etibardan saqidir. M.F.Axundzadə.
Bəsirət gözü - idrak, anlaq, düşüncə. Leyk, hanı səndə... |
BƏSİRƏTLİ (ID - 3939)sif Bir şeyin əsil və həqiqətini dərindən və tez anlayan, qabağı görən; gözüaçıq, idraklı. Bəsirətli adam.
|
BƏSİRƏTLİLİK (ID - 3940)is. Bəsirətli adamın xassəsi; gözüaçıqlıq, idraklılıq.
|
BƏSİRƏTSİZ (ID - 3941)sifi Bəsirəti olmayan, gələcəyi görməyən.
|
BƏSİRƏTSİZLİK (ID - 3942)is. Bəsirəti olmama, gələcəyi görməmə. İnsanların bəsirətsizlik və mərifətsizliyinin nəticəsində hicrətdən ta bu günə qədər avamı aldadanlar .. fitnəfəsad törətmişlər. M.F.Axundzadə.
|
BƏSİT (ID - 3943)sif. [ər.] Tərkibi bir ünsürdən ibarət olan; mürəkkəb olmayan, sadə (mürəkkəb əksi). Bəsit maddə.
|
BƏSİTLƏNDİRMƏK (ID - 3944)bax bəsitləşdirmək.
|
BƏSİTLƏNMƏK (ID - 3945)bax bəsitləşmək.
|
BƏSİTLƏŞDİRİLMƏ (ID - 3946)“Bəsitləşdirilmək”dən f.is.
|
BƏSİTLƏŞDİRİLMƏK (ID - 3947)məch. Bəsit hala salınmaq.
|
BƏSİTLƏŞDİRMƏ (ID - 3948)“Bəsitləşdirmək”dən f.is.
|
BƏSİTLƏŞDİRMƏK (ID - 3949)f. Bəsit şəklə salmaq, sadələşdirmək.
|
BƏSİTLƏŞMƏ (ID - 3950)“Bəsitləşmək”dən f.is.
|
BƏSİTLƏŞMƏK (ID - 3951)f. Daha bəsit (sadə) olmaq, sadələşmək.
|
BƏSİTLİK (ID - 3952)is. Bəsit şeyin halı; sadəlik.
|
BƏSLƏMƏ (ID - 3953)“Bəsləmək”dən fis.
|
BƏSLƏMƏK (ID - 3954)f. 1. Tərbiyə edib böyütmək, boya-başa çatdırmaq. Madərləriniz etdi sizə mehrü məhəbbət; Ağuşi-şəfəqqətdə sizi bəslədi rahət. M.Ə.Sabir. Anadır hər kişiyə öz vətəni; Bəsləyib sinəsi üstündə onu.
Səhhət. ... |
BƏSLƏNMƏ (ID - 3955)“Bəslənmək”dən f.is.
|
BƏSLƏNMƏK (ID - 3956)1. “Bəsləmək”dən məch. Bəslənmək istəyirəm bütün ürəklərdə mən arzu, diləklər kimi. B.Vahabzadə.
2. t-siz. Qidalanmaq, qida almaq (yemək). Pişiklər ətlə, inəklər isə otla bəslənir. İnsan bədəninin hüceyrələri... |
BƏSLƏYİCİ (ID - 3957)sif. 1. Tərbiyə edib böyüdən, boya-başa çatdıran, yetişdirən, becərən.
// Mənəvi qida verən. Ana! Sənin tükənməz əməyin, oxşayıcı şəfqətin, bəsləyici məhəbbətin, qəlb ülviyyətin kimə məlum deyil! Mir Cəlal. ... |