İzahlı lüğət

BƏRQ

is. [ər.] Şimşək.
// Bədii təsvirlərdə. Bərqü baran sanma kim gördükdə ahü əşkimi... Füzuli.
// Parıltı.
□ Bərq etmək
b ax bərq vurmaq. 'Rövşən etməzyüz min günəş bərq etsə; Bu möhnətdə qaralanmış könlümü. M.V.Vidadi. Bərq vermək- b ax bərq vurmaq. Həkimbaşı pulları görəndə gözləri məşəldar pişiyin gözləri kimi bərq verdi. Ə.Haqverdiyev. Bərq vurmaq - parlamaq, par-par parıldamaq, işıqlanmaq, işıldamaq. ..Günün şüası dərədən tədriclə mütəsaid olan dumanın üstündə bərq vururdu. M.F.Axundzadə. Səssiz dərədə bərq vurar şır-şır axan su. A.Səhhət. Yüzlərcə şam işıqlarında bərq vuraraq, .. xalçaların üzərinə tökülən bu brilyantlar .. ulduzları andırırdı. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed