İzahlı lüğət

BƏSLƏMƏK

f. 1. Tərbiyə edib böyütmək, boya-başa çatdırmaq. Madərləriniz etdi sizə mehrü məhəbbət; Ağuşi-şəfəqqətdə sizi bəslədi rahət. M.Ə.Sabir. Anadır hər kişiyə öz vətəni; Bəsləyib sinəsi üstündə onu.
Səhhət.
// Yetişdirmək, becərmək. Körpə heyvanları bəsləmək. - İpək qurdlarını bəsləmək üçün respublikamızın alimləri iriyarpaqlı yaxşı ipək verən zərif tut ağacları yetişdirmişlər. M.Axundov.
Qidalandırmaq, yedirmək, yediribiçirtmək, yedirib-kökəltmək. Ətlik qoyunları qidalı yemlərlə bəsləmək. - Cəm edəcək tarlasının hasilin; Bəsləyəcək ailəsin, həm elin. M.Ə.Sabir.
məc. Qorumaq, saxlamaq. Bəbəktək bəslədim daim gözümdə xali-hinduni. Nəsimi.
Duymaq, hiss etmək, ürəyində saxlamaq. Onların hamısına eyni hiss və münasibət bəslədiyim halda, bir dəstə gülü kimə verəydim? Mir Cəlal.
“Etmək” sözünün sinonimi kimi bəzi isimlərə qoşularaq, mürəkkəb feil düzəldilir; məs.: ümid bəsləmək, etibar bəsləmək, niftət bəsləmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed