İzahlı lüğət

BUDATMAQ (ID - 5109)

icb. Budama işi gördürmək.

BUDAYICI (ID - 5110)

is. Meyvə ağac və kollarının qurumuş budaqlarını kəsən adam. Manqanın bütün üzvləri budayıcıların seminarlarında iştirak etdilər.

BUDDİST (ID - 5111)

Budda dininə mənsub olan adam.

BUDDİZM (ID - 5112)

[xüs. is.-dən] Eramızdan qabaq VI əsrin axırında Şimali Hindistanda ortaya çıxıb, sonradan Tibetdə, Çində, Hind-Çində və başqa Şərq ölkələrində yayılmış din. Budda dini.

BUDKA (ID - 5113)

[rus. будка] Qarovulçu, növbətçi, yaxud bir şey satmaq və s. üçün, adətən taxtadan qayrılan kiçik tikili. Qəzet budkası. Su budkası. Dəmiryol budkası. - Rüstəm uzaqdan Rza Qəhrəmanini görən kimi başını tərpətdi və heç...

BUDKAÇI (ID - 5114)

is. və sif Budkada şey satan, budka satıcısı.

BÜFER (ID - 5115)

[ing.] xüs. Dəmiryol vaqonlarında, avtomobillərdə və s.-də toqquşma zamanı zərbənin, təkanın gücünü azaltmaq üçün yaylı qurğu.
□□ Bufer dövlət - ərazisi, bir-biri ilə rəqabət edən böyük dövlətlər arasında olan...

BUFET (ID - 5116)

[fr.] 1. İçində qab-qacaq, yemək, içki və s. saxlanılan böyük şkaf.
2. Aşxanalarda, restoranlarda və s.-də qəlyanaltı və içki satmaq üçün stol, yaxud piştaxta, həmçinin kiçik aşxana. Dəmiryol bufeti. Teatr bufeti. - Stansiyanın...

BUFETÇİ (ID - 5117)

is. 1. Bufetdə (2-ci mənada) xidmət edən işçi.
2. köhn. Bufet (2-ci mənada) sahibi.

BUFETÇİLİK (ID - 5118)

is. 1. Bufetçinin işi, sənəti.
2. köhn. Bufet saxlama.

BUGÜNKÜ (ID - 5119)

s. Bu gün olan, bu gün baş verən. Bugünkü söz sabahkı sözün körpüsüdür.

BUĞ (ID - 5120)

is. Su və ya başqa bir maye bərk qızdırıldığı zaman hasil olan damcı zərrələrindən ibarət qaz, ya duman; buxar. Qazandan buğ çıxır. - Qara sapılcanın tortalı köpüyündən acı buğ qalxırdı. S.Rəhimov.
// Mayedən, yaxud...

BUĞA (ID - 5121)

is. Hələ burulmamış və işə qoşulmamış döllük heyvan (qaramal); kələ. Buğa seçdikdə onun yaxşı cinsdən olması, yaxşı nəsil verməsi və i.a. tələb olunur.

BUĞACA (ID - 5122)

is. Kiçik buğa.

BUĞALANMA (ID - 5123)

“Buğalanmaq”dan f.is.

BUĞALANMAQ (ID - 5124)

f Buğa halına gəlmək, böyüyüb buğa olmaq.

BUĞALIQ (ID - 5125)

is. Döllük üçün saxlanan erkək heyvan (qaramal).

BUĞDA (ID - 5126)

is. Dənindən ağ un üyüdülən taxıl növü. Ağ buğda. Sarı buğda. Xırda buğda. Buğda unu.

BUĞDABİTİ (ID - 5127)

is. Buğda və başqa taxıllara ziyan verən cücü.

BUĞDAYI (ID - 5128)

sif. Buğda rəngli, qarayağız, əsmər. Biri sərtasər ağ, həm siyah telli; Biri buğdayıdır, amma şəkilli. M.P.Vaqif. Doğrudan da Xəlilin günəşdə yanmış buğdayı yanaqlarından, tük basmış sərt üzündən uzun müddət vuruşub...

BUĞDAYIBƏNİZ (ID - 5129)

bax buğdayı. İclası ortaboylu, arıq, qələmqaş, qaragöz, buğdayıbəniz bir adam aparırdı. P.Makulu.

BUĞDAYISİFƏT (ID - 5130)

b a x buğdayı. Bunların [əsirlərin] içində buğdayısifət, qonur gözlü, uzun kirpikli bir qız vardı. Çəmənzəminli.

BUĞLAMA (ID - 5131)

1. “Buğlamaq”dan f.is.
2. is. aşp. Buğda bişirilən ət; bozartma.

BUĞLAMAQ (ID - 5132)

f Bir şeyi buğa (buxara) vermək, buğa tutmaq.

BUĞLANDIRILMA (ID - 5133)

“Buğlandırılmaq”dan f.is.

BUĞLANDIRILMAQ (ID - 5134)

məch. Buğ halına salınmaq, buğ çıxarılmaq, buxarlandırılmaq.

BUĞLANDIRMA (ID - 5135)

“Buğlandırmaq”dan f.is.

BUĞLANDIRMAQ (ID - 5136)

f Buğa çevirmək, buğ halına salmaq, buxarlandırmaq.

BUĞLANMA (ID - 5137)

“Buğlanmaq”dan f.is.

BUĞLANMAQ (ID - 5138)

f 1. Buğ olmaq, buğa çevrilmək, buğ halına gəlmək; buxarlanmaq. Günəşin təsiri ilə yerdəki sular buğlanır.
Buğ vermək, buğ çıxmaq. Buludlar parçalanır, torpaq buğ verir, otlar baş qaldırır, quşlar civildəşməyə başlayırdı....

BUĞLATMA (ID - 5139)

“Buğlatmaq”dan f.is.

BUĞLATMAQ (ID - 5140)

f Buğa çevirmək, buğa çevrilməsinə, buğ çıxmasına səbəb olmaq. Çaydanı buğlatmaq.

BUĞUBURMA (ID - 5141)

bax bığıburma. [Məşədi İbad:] A kişi, vallah, mən nə qədər qoca olsam da, min buğuburma cavana dəyərəm... Ü.Hacıbəyov.

BUĞUM (ID - 5142)

is. 1. anat. Sümüklərin uclarının bir-birinə birləşdiyi yer, oynaq yeri; bənd, məfsəl. Barmaqların buğumları
// zool. Bəzi heyvanların (xərçənglərin, cücülərin və s.) bədənlərinin bölündüyü hissələrdən (bəndlərdən)...

BUĞUMAYAQLILAR (ID - 5143)

is. zool. Onurğasız heyvanların bədəni və ayaqları buğumlu olan qrupu (xərçənglər, hörümçəklər, cücülər və s.).

BUĞUMLANMA (ID - 5144)

“Buğumlanmaq”danf.is.

BUĞUMLANMAQ (ID - 5145)

f Buğum-buğum olmaq, bənd-bənd olmaq.

BUĞUMLU (ID - 5146)

sif. Buğumları, məfsəlləri olan; bənd-bənd.

BUĞUMLULAR (ID - 5147)

bax buğumayaqlılar.

BUĞUR (ID - 5148)

is. 1. Cavan erkək dəvə. Paça buğurlar, dizi qara nərlər, gözəl arvanalar .. qoyun sürülərinin dalınca gəlirdi. Ə.Vəliyev.
2. məc. dan. Çox iri, yekə, yoğun adam haqqında.

BUĞURLANMAQ (ID - 5149)

bax buğurlaşmaq.

BUĞURLAŞMAQ (ID - 5150)

f 1. dan. Buğur halına çatmaq, yetişmək.
2. məc. Sağlamlaşmaq, yekələşmək.

BUXAQ (ID - 5151)

is. İnsanm çənəsi ilə boğazı arasındakı hissə; çənəaltı. Ağ nazik əlinlə bir dəstə bağla; Tər buxaq altında düz bənövşəni. Qurbani. Kəlağayının altından çıxmış qara tellərin ucları ağ buxaqda ilan kimi qıvrılmışdı....

BUXAQLANMA (ID - 5152)

“Buxaqlanmaq”dan f.is.

BUXAQLANMAQ (ID - 5153)

f Buxaq sallamaq; kökəlmək, ətlənmək.

BUXALTER (ID - 5154)

[alm.] Bir idarə və ya müəssisənin maliyyə işlərini aparan işçi; mühasib. Baş buxalter. Buxalter köməkçisi.

BUXALTERİYA (ID - 5155)

[alm.] 1. Hesabdarlıq və uçot işlərinin nəzəriyyə və praktikası; mühasibat.
2. Bir idarə, ya müəssisənin mühasibat şöbəsi.

BUXALTERLİK (ID - 5156)

is. 1. Bax buxalteriya
ci mənada. Buxalterlik kursu.
2. Buxalter vəzifəsi, işi, peşəsi. Buxalterlik etmək.

BUXAR (ID - 5157)

is. [ər.] 1. B ax buğ. Buxar maşını (buxarın gücü ilə işləyən maşın). - Oddan çıxar buxar saçıldıqca ab ona. Füzuli. Tər damlaları qırmızı dəmirin üstünə tökülüb buxar oldu. M.S.Ordubadi.
2. Kömür, odun, torf və s.-nin...

BUXARI (ID - 5158)

is. Divar içində hörülmüş ocaq. Buxarı çırtaçırt yanır, işığı divarların tutqun rəngli naxışlarına, əlvan pərdələrə və xalılara düşürdü. Çəmənzəminli. Qoca Firuzun .. zirzəmisində isə yenə də buxarı yanmırdı....
......