BUĞis. Su və ya başqa bir maye bərk qızdırıldığı zaman hasil olan damcı zərrələrindən ibarət qaz, ya duman; buxar. Qazandan buğ çıxır. - Qara sapılcanın tortalı köpüyündən acı buğ qalxırdı. S.Rəhimov.
// Mayedən, yaxud nəm bir şeydən çıxan dumanabənzər buxar. Hədsiz səslər birbirinə qarışıb hamamın səqfinə düşmüşdü; hovuzun buğundan içəridəki adamlar kölgə kimi görünürdülər. Çəmənzəminli. Quşlar maşın səsinə hürküb, uzaqlara uçurdu. Dağlardan buğ qalxırdı. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|