İzahlı lüğət

BUDKA

[rus. будка] Qarovulçu, növbətçi, yaxud bir şey satmaq və s. üçün, adətən taxtadan qayrılan kiçik tikili. Qəzet budkası. Su budkası. Dəmiryol budkası. - Rüstəm uzaqdan Rza Qəhrəmanini görən kimi başını tərpətdi və heç bir söz deməyib, öz budkasına girdi. M.İbrahimov. [Yunis] kiçikpəncərəli budkada oturub, kağız nömrələr sayan bir qadından soruşdu. Mir Cəlal.
□□ Suflyor budkası - teatrda səhnənin ön tərəfində suflyor üçün düzəldilmiş yer. Suflyor öz budkasında oturmadan heç kəs səhnəyə çıxmazdı. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed