BİLDAPARAT (ID - 4259)is. [alm.] Teleqraf (fotoelektrik) vasitəsilə şəkil, əlyazmasını və s.ni uzaqlara vermək üçün aparat.
|
BİLDİR (ID - 4260)zərf Keçən il, ötən il, əvvəlki il. Bildir havalar çox quraqlıq keçdi. Bildir harada istirahət etmişdin? - Bildir ölüb babası, indi deyir “babam vay”! (Ata. sözü). Mən ləqəb sözünü bildirə kimi bilməzdim. Məmmədquluzadə....
|
BİLDİRÇİN (ID - 4261)is. Quşların toyuqkimilər dəstəsindən olan, taxıllıqlarda yaşayan, oxuyan, əti yeyilən çöl quşu. Bildirçinin bəyliyi darı sovulanacandır. (Ata. sözü). [Süleyman bəy:] Çıxmışdım şəhərdən çölə bildirçin tutmağa.. Ə.Haqverdiyev....
|
BİLDİRÇİNBAZ (ID - 4262)is. [fars.] Əyləncə üçün bildirçin saxlayan adam, quşbaz. [Süleyman bəy:] Aləm bilir ki, mən bildirçinbazam. Ə.Haqverdiyev. Mollaxanadan qovulan gündən etibarən uşaq fikrini qumarbazlıq, .. bildirçinbazlıq, itbazlıq və bu kimi işlərə...
|
BİLDİRİLMƏ (ID - 4263)“Bildirilmək”dən f.is.
|
BİLDİRİLMƏK (ID - 4264)məch. 1. Məlumat verilmək, xəbər edilmək, xəbərdar edilmək. İclasın olacağı gün hamıya qabaqcadan bildirilmişdir.
Anladılmaq, başa salınmaq, hiss etdirilmək. Əgər ona bildirilsəydi, belə etməzdi. |
BİLDİRİŞ (ID - 4265)is. Elan, məlumat; xəbərdarlıq. İclas haqqında bildiriş. Bildiriş vərəqəsi.
|
BİLDİRKİ (ID - 4266)sif. Keçən ilə aid olan, keçən il olmuş, keçən ilki. Bu ilki sərçə bildirki sərçəyə cik-cik öyrədir. (Məsəl). İndi yenə bildirki vaxtdır, yenə təntənəli vədlər verilir. “Kirpi”.
|
BİLDİRMƏ (ID - 4267)“Bildirmək”dən f.is.
|
BİLDİRMƏK (ID - 4268)f. 1. Məlum etmək, xəbər vermək, elan etmək, xəbərdar etmək. - Şerim, bu hikməti aləmə bildir; Xəyal ölənləri bəzən dirildir. M.Rahim.
2. Anlatmaq, açıb söyləmək, başa salmaq, hiss etdirmək. Fikrini bildirmək. Adını bildirmək.... |
BİLET (ID - 4269)[fr.] 1. Kitabça, kartoçka, vərəqə və s. şəklində olub, sahibinin partiyaya və ya hər hansı bir ictimai təşkilata mənsubiyyətini təsdiq edən sənəd. Partiya bileti. Komsomol bileti. Həmkarlar ittifaqı bileti.
// Sahibinin hərbi... |
BİLETÇİ (ID - 4270)is. Qatarda, tramvayda və s.-də bilet satan, yaxud biletləri yoxlayan işçi. Vaqonun biletçisi yeni sərnişinlərin bir neçəsini vaqona buraxıb yer göstər(di). T.Ş.Simurq.
|
BİLETSATAN (ID - 4271)is. Teatra, kinoya və s.-yə bilet satan işçi.
|
BİLETSİZ (ID - 4272)sif. və zərf 1. Bileti olmayan. Biletsiz sərnişinlər cərimə olunur. Tramvayda biletsiz getmək. - O gecə binanın dörd bir tərəfi camaatla dolu idi. Biletlər saat 4-dən qurtardığına görə camaat biletsiz içəri doluşurdu. H.Sarabski.
2.... |
BİLƏ (ID - 4273)zərf köhn. məh. Birgə, birlikdə. Bilə yeyib, bilə də gəzərdik. - Bilə gəl gedəlim bu qutlu yola. (“Dastani-Əhməd Hərami”).
|
BİLƏ-BİLƏ (ID - 4274)zərf Qəsdən, bildiyi halda. Bilə-bilə etmək. - Lotular bir neçə dəfə biləbilə vəpullarından Rəsula uduzdular. “Aşıq Qərib”. Mən bilə-bilə qəsdən özümü cəhənnəmdə yandırmaram! M.S.Ordubadi.
|
BİLƏK (ID - 4275)is. Qolun dirsəkdən ələ qədər olan hissəsi. Gümüş biləklərin, bəyaz qolların; Sarı kəhrəbası, hayıf ki, yoxdur! M.P.Vaqif. [Qaraca qız] həyətə çatdıqda gördü ki, Ağca xanımın biləyindən qan axır.. S.S.Axundov. Bunu deyərək,...
|
BİLƏKS (ID - 4276)zərf [ər.] Əksinə, əksinə olaraq, tərsinə, tərsinə olaraq, ziddinə olaraq; tamamilə başqa cür. [Nizami:] Mən heç bir zaman həqiqəti təhrif etməmişəm, biləks, təhrifçilərin düşməni olmuşam. M.S.Ordubadi. [Mələk:] Lakin sizi...
|
BİLƏN (ID - 4277)sif. Anlayan, qanan, başa düşən; bilici. Qəbiristanda qulyabanı olmaz, xortdandır, - deyə başqa bir uşaq da söhbətə girişərək, bilən adamlar kimi.. izahat verdi .. B.Talıblı.
// İs. mənasında. Bilənlə bilməyən tay olmaz.... |
BİLƏNDƏ(R) (ID - 4278)is. və sif. dan. Bilici, çoxbilən, məlumatlı (adam).
|
BİLƏRƏK (ID - 4279)zərf Qəsdən, bilə-bilə. Bilərək etmək. Bilərək dinməmək.
|
BİLƏRZİK (ID - 4280)is. 1. Qadınların yaraşıq üçün biləklərinə taxdıqları gümüş, qızıl və s.-dən qayrılmış halqa; qolbaq. Qızıl bilərziklər, mina sırğalar; Biləkdən açılar, qulaqdan çıxar. M.S.Ordubadi.
2. xüs. Çənbər, qurşaq. Qazıma... |
BİLƏRZİKLİ (ID - 4281)sif. 1. Qoluna bilərzik taxmış.
xüs. Bilərziyi olan (bax bilərzik 2-ci mənada). |
BİLƏSİNCƏ (ID - 4282)zərf köhn. Yanınca, özü ilə bərabər, arxasınca. Bəs Bəkir İsfəndiyarı biləsincə götürüb apardı. “Dərbəndnamə”. Çəkdi ləşkər biləsincə neçə yol qeyrət qılıb. M.V.Vidadi.
|
BİLƏYAQƏT (ID - 4283)sif. [fars. bi... və ər. liyaqət] Ləyaqətsiz, ləyaqəti olmayan. Candan qeyri yoxdur özgə nisarım; O da ki, ziyadə biləyaqətdi. Q.Zakir.
|
BİLƏZİK (ID - 4284)bax bilərzik.
|
BİLƏZİKLİ (ID - 4285)b ax bilərzikli.
|
BİLƏZZƏT (ID - 4286)sif. [fars. bi... və ər. ləzzət] Ləzzətsiz, dadsız. Olmasa qabil əgər dəhr cəfa verməz ona; Təm biləzzət olanda necə dəndanə dəyər? M.V.Vidadi.
|
BİLGİ (ID - 4287)bax bilik. [Məşədi Kazım ağa:] Lakin bu bilgini həyata keçirmək məsələsinə gəldikdə, necə ki mən, elə də başqaları ingilis və rus tacirlərinin qabağında bir iş görə bilmirik... M.S.Ordubadi. Şən alnında bilgi, zəka ulduzları...
|
BİLGİLİ (ID - 4288)b ax bilikli.
|
BİLGİSAYAR (ID - 4289)bax kompyuter.
|
BİLXASSƏ (ID - 4290)zərf [ər.] köhn. bax xüsusən.
|
BİLİCİ (ID - 4291)sif. və is. Bilən, anlayan, dərk edən, düşünən. Bilici adam. - [Araz:] Mən bunu bilici adamlardan soruşub öyrənəcəyəm. A.Şaiq.
|
BİLİCİLİK (ID - 4292)is. Bilici adamın hal və keyfiyyəti. Sümsünü indi mən çalır, o [Kərim baba] isə öyrədirdi və biliciliyi ilə öyünüb, məğrur baxışlarla mənə baxıb gülürdü. A.Şaiq.
// Alimlik, vaqiflik, xəbərdarlıq. |
BİLİXTİYAR (ID - 4293)zərf [ər.] köhn. Öz ixtiyarı ilə, öz xahişi ilə, öz iradəsi ilə.
|
BİLİK (ID - 4294)is. Oxumaq və ya təcrübə nəticəsində əldə edilən məlumat; elm. Bilik insanın bəzəyidir. Onun dərin biliyi var. Biliyini artırmaq. - Tifli-məsumlar imtəhan tutdu; Başlarında bilik məkan tutdu. A.Səhhət. İndi gənclik Bakını sevir,...
|
BİLİKLƏNMƏ (ID - 4295)“Biliklənmək”dən f.is.
|
BİLİKLƏNMƏK (ID - 4296)f. Bilik əldə etmək.
|
BİLİKLİ (ID - 4297)sif. Bilik sahibi, məlumatlı, elmli, hazırlıqlı. Bilikli adam.
|
BİLİKSİZ (ID - 4298)sif. Biliyi olmayan, məlumatsız, elmsiz, hazırlıqsız. Biliksiz və siyasi düşüncəsi olmayan adamların silahları da qələbə qazana bilməz. M.S.Ordubadi.
|
BİLİKSİZLİK (ID - 4299)is. Məlumatsızlıq, elmsizlik, hazırlıqsızlıq.
|
BİLİNMƏ (ID - 4300)“Bilinmək”dən f.is.
|
BİLİNMƏK (ID - 4301)f. 1. Məlum olmaq, aşkar olmaq, bəlli olmaq, anlaşılmaq, dərk edilmək. Böyük bir keçmişin vardır; Bilinməyir yaşın sənin. S.Vurğun.
2. Tanınmaq. Nəqqaş bilindi nəqş içində; Ləl oldu əyan bədəxş içində. Nəsimi. |
BİLİNMƏZ (ID - 4302)sif. Anlaşılmaz, dərkedilməz, məlum olmayan; bilinməsi mümkün olmayan; sirli.
|
BİLİŞ (ID - 4303)is. 1. Bilmək işi, bilmə.
Bilik, mərifət. Aşinayi bilməmişsən, ey bilişdən yad olan; Mərifətdən dəm vurursan, neyləyim, biganəsən. Nəsimi. köhn. Dost, yaxın, tanış. Yad olmişəm yenə bu gün biliş ilə, nedəyin. Q.Bürhanəddin.... |
BİLİTTİFAQ (ID - 4304)zərf [ər.] köhn. İttifaq ilə, birgə, bir yerdə.
|
BİLKÜLLİYYƏ (ID - 4305)zərf [ər.] köhn. Tamamilə, büsbütün, bütünlüklə. [Şölə xanım:] Əlbəttə, gərəkdir vəzir bu işləri bilməyə, yoxsa xana bildirər, iş bilkülliyyə pozular. M.F.Axundzadə.
|
BİLLAH (ID - 4306)[ər.] köhn. Allaha and olsun (and). Yar cövr etməz mana, əğyar təlim etmədən; Billah, əğyar eyləyən ehsanı yar etməz mana. Füzuli. Riyai xəlqdir, billah, namaz əhlinə yar olma. S.Ə.Şirvani. Xərcin tükənib kəsilmir ardı; Billah,...
|
BİLLƏ (ID - 4307)is. məh. Uşaqlara verilən hər cür şirniyyat, meyvə və s. dadlı şeylər.
|
BİLLİON (ID - 4308)[fr.] Rus, fransız və Amerika hesab sistemində min milyona (bir milyarda), yaxud alman və ingilis sistemlərində bir milyon milyona (min milyarda) bərabər olan say.
|
Bu səhifə dəfə baxılıb