İzahlı lüğət

BİLET

[fr.] 1. Kitabça, kartoçka, vərəqə və s. şəklində olub, sahibinin partiyaya və ya hər hansı bir ictimai təşkilata mənsubiyyətini təsdiq edən sənəd. Partiya bileti. Komsomol bileti. Həmkarlar ittifaqı bileti.
// Sahibinin hərbi mükəlləfiyyətli, yaxud bir məktəbə və s.-yə mənsub olduğunu təsdiq edən sənəd. Hərbi bilet. Tələbə bileti.
// Ümumiyyətlə, sənəd, vəsiqə.
mal. Kağız pul. Dövlət xəzinəsi bileti. Kredit bileti. Bank bileti.
Bir yerə daxil olmaq, nəqliyyat vasitəsinə minmək, bir şeydən istifadə ixtiyarı verən vərəqə, kartoçka və s. Dəmiryol bileti. Tramvay bileti. Teatr bileti. Kino bileti. Bilet kassası. Heyvanxanaya bilet almaq. - [Hacı Saleh:] Axı onu bir başa salın ki, hələ biletləri satmamışıq. S.Rəhman.
köhn. Pasport. İrəvanda da, deyirlər, vitse-konsulun köməkçisi biletin birinə İran rəiyyətindən düşəndə on manat alır.
C.Məmmədquluzadə.
İmtahanda tələbənin, şagirdin cavab verməli olduğu suallar yazılmış vərəqə. İmtahan bileti. -İmtahan... Kimi cəsarətlə çəkir bileti; Kimi qorxa-qorxa yanaşır mizə.
B.Vahabzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed