BİLƏRZİKis. 1. Qadınların yaraşıq üçün biləklərinə taxdıqları gümüş, qızıl və s.-dən qayrılmış halqa; qolbaq. Qızıl bilərziklər, mina sırğalar; Biləkdən açılar, qulaqdan çıxar. M.S.Ordubadi.
2. xüs. Çənbər, qurşaq. Qazıma boruları, onların bilərzikləri, ağır borular “D” və “E” markalı marten poladından hazırlanır. Quliyev. Paylaşın - Hamı bilsin
|