BƏNDİVAN (ID - 3808) |
BƏNDLƏMƏ (ID - 3809)“Bəndləmək”dən f.is.
|
BƏNDLƏMƏK (ID - 3810)f 1. Başdansovma tikmək, kök atmaq, kökləmək. Vaxt çatmamışdı ki, [nənəm donumun] düymələrini qoysun, odur ki, donu əynimə geydirib, yaxasını sapla bəndlədi. H.Sarabski.
Ala-babat, yarımçıq, yüngülcə bağlamaq; bənd etmək,... |
BƏNDLƏNMƏ (ID - 3811)“Bəndlənmək”dən f.is.
|
BƏNDLƏNMƏK (ID - 3812)məch. 1. Başdansovma tikilmək, köklənmək.
2. Bənd olub qalmaq, ilişib qalmaq. |
BƏNDLİ (ID - 3813)sif. Bağlı. Boynu bəndli camışlar tövlədə fısıldaşır və gövşək çalırdılar. S.Rəhimov.
|
BƏNƏK (ID - 3814)sif. köhn. 1. Üzdə, ya bədənin başqa yerində nöqtə şəklində kiçik xal, nişan.
2. İt adı. |
BƏNƏKLİ (ID - 3815)sif. Xallı. Xəstə Qasım bir qız sevib hənəkli; Ağ üzündə xallar, bənəkbənəkli. Xəstə Qasım.
|
BƏNƏVŞƏ (ID - 3816)is. [fars.] bax bənövşə. Başına döndüyüm gülüzlü Pəri; Adətdir dərərlər yaz bənəvşəni. Qurbani. Apardı əqlimi bir ahu gözlü; Bir bənəvşə boylu, bir lalə üzlü. M.V.Vidadi. Yaşıl köynəyini geyinir meşə; Yaxama quş...
|
BƏNƏVŞƏLİK (ID - 3817)bax bənövşəlik. Bənəvşəlikdə, yasəmənlikdəyəm; Könül açar yavaş əsən küləklər. A.Səhhət.
|
BƏNƏVŞƏYİ (ID - 3818)[fars.] bax bənövşəyi.
|
BƏNG (ID - 3819)is. [fars.] 1. Toxumunda narkotik maddələr olan bitki; bəng otu.
Həmin bitkinin toxumundan hazırlanan kefləndirici maddə; həşiş. [Yusif Sərrac:] Aya dəli olubsunuz, ya bəng atıbsınız ki, bu qəbil sözləri mənim üzümə deyirsiniz!... |
BƏNGİ (ID - 3820)is. [fars.] köhn. Bəng düşkünü, bəng çəkən, həşiş çəkən adam. Nə şərabiyəm, nə bəngi, nə xəyaliyəm, nə rəngi. Nəbati. Bəngilərin, bu bir sürü ərbabi-qəflətin; Halisə/alətilə gözüm giryəbar idi. M.Hadi.
|
BƏNİ (ID - 3821)[ər.] Övlad, oğullar.
□ Bəni-adəm insan, adam. Mən bəni-adəm üçün görməmişəm səcdə ola. S.Ə.Şirvani. Bəni-insan -bax bəni-adəm. Bir tərəf qurd edibdi bağrımı qan; Bir tərəfdən də xud bəni-insan. S.Ə.Şirvani.... |
BƏNİZ (ID - 3822)is. Üz, çöhrə, sifət. [Toğrulun] qara və böyükcə gözləri ildırımlar çaxır, geniş və qırmızı bənizindən qəzəb alovları qarsırdı. H.Nəzərli.
// Üzün rəngi. Bənizi solmaq. Bənizi qaçmaq. Bənizi ağ. - Zəfərantək... |
BƏNLİK (ID - 3823)is. bax mənlik.
|
BƏNNA (ID - 3824)is. [ər.] Binanın daş, kərpic hissəsini tikən usta. Dodaqaltı segah deyən qoca bənnalar; Sal daşlardan təməl qoyur, divar hörürdü. Ə.Cəmil. İnşaatçıların çoxu mövsüm işçilərindən: torpaqqazanlar, bənnalar və dülgərlərdən...
|
BƏNNALIQ (ID - 3825)is. Bənnanın işi, sənəti, peşəsi. [Mahmud:] Mən əvvəllər elə bilirdim ki, bənnalıq .. adi bir fəhləlikdir. Z.Xəlil.
|
BƏNNƏ (ID - 3826)dan. bax bənna. Əkbərin gözü bənnə şagirdliyində açıldı. Mir Cəlal.
|
BƏNÖVŞƏ (ID - 3827)is. Yazda bitən, əksərən açıqqırmızıya çalar abı rəngli, gözəl qoxulu kiçik çiçək. Bənövşə birillik bitkidir. Gözəl saplaqları üzərində yerləşmiş müxtəlif şəkilli yarpaqları vardır... Əliyev. Zorba və hündür ağacların...
|
BƏNÖVŞƏLİK (ID - 3828)is. Bənövşə bitən yer, bənövşə əkilmiş yer.
|
BƏNÖVŞƏYİ (ID - 3829)sif Bənövşə rəngli. Bənövşəyiparça. Bənövşəyi sap. - Onların [qızların] ağ, qırmızı və bənövşəyi kəlağayıları tovuz qanadı kimi havada çırpınır. İ.Əfəndiyev.
|
BƏNÖVÜŞ (ID - 3830)is. bax bənövşəyi. Gah bənövüş, gah qırmızı, gah da laləzar oluram. Aşıq Hüseyn. [Kəklik xalanın] .. başında ağ haşiyəli bənövüş kəlağayı var idi. İ.Əfəndiyev.
|
BƏNZƏDİLMƏ (ID - 3831)“Bənzədilmək”dən f.is.
|
BƏNZƏDİLMƏK (ID - 3832) |
BƏNZƏMƏ (ID - 3833)“Bənzəmək”dən f.is.
|
BƏNZƏMƏK (ID - 3834)f 1. Oxşamaq. Yanaq üzrə
saçın tovuza bənzər. Nəsimi. Daşə bənzər bağrı, təsir eyləməz əfqan ona. Füzuli. Fələk rənginə bənzər bu bənövşə. X.Natəvan. İllərin yarpaq kimi bir-birinə bənzəyən müxtəlif günləri var.... |
BƏNZƏR (ID - 3835)1. sif. Oxşar, oxşayan, bənzəyən, tay, uyğun. Bir-birinə bənzər. Əkizlər çox zaman bir-birinə bənzər olurlar. - Əlfazi Nəsimi bu gün ol möcüzədir kim; Bənzər ona bir lölöi-şəhvar ələ girməz. Nəsimi. Nə qədər qız yetirsə...
|
BƏNZƏRLİK (ID - 3836)is. Oxşarlıq, uyğunluq. Bu iki şeyin arasında heç bənzərlik yoxdur.
|
BƏNZƏTMƏ (ID - 3837)1. “Bənzətmək”dən f.is. Bir-birinə bənzətmə.
2. is. ədəb. Nəzirə surəti ilə bir əsərə təqlidən yazılmış əsər. Nizamiyə bənzətmə. Füzuliyə bənzətmə. Sabirə bənzətmə. // Təşbeh. |
BƏNZƏTMƏK (ID - 3838) |
BƏNZƏYİŞ (ID - 3839)is. Bənzəmə, oxşama; bənzərlik, oxşarlıq. İki şeyin bir-birinə bənzəyişi.
|
BƏRABƏR (ID - 3840)1. sif. Başqası ilə tən, bir ölçüdə, bir boyda olan. Bərabər qiymətli. Bərabər qüvvəli. Bərabər kəmiyyətli.
□ Boyu bərabəri - özü boyda. [Mehri xanım:] Bala, axır mən anayam! Boyum bərabəri oğul yetirmişəm. Ə.Haqverdiyev.... |
BƏRABƏRCƏ (ID - 3841)zərf 1. Bir bərabərdə, bir boyda, bir böyüklükdə, bir miqdarda, bir həcmdə, bir ölçüdə; tən yarı.
2. Bir yerdə, bərabər, yan-yana. |
BƏRABƏRÇİLİK (ID - 3842)is. Heç bir əsas olmadan əmək haqqını və s.-ni bərabərləşdirmək cəhdi.
|
BƏRABƏRLƏMƏK (ID - 3843)bax bərabərləşdirmək.
|
BƏRABƏRLƏŞDİRİLMƏ (ID - 3844)“Bərabərləşdirilmək”dən f.is.
|
BƏRABƏRLƏŞDİRİLMƏK (ID - 3845)məch. Bərabər hala salınmaq, bir ölçüyə, bir əndazəyə salınmaq, tənləşdirilmək, tarazlaşdırılmaq. Hüquqca bərabərləşdirilmək. Ölçüləri bərabərləşdirilmək. Səviyyəcə bərabərləşdirilmək.
|
BƏRABƏRLƏŞDİRMƏ (ID - 3846)“Bərabərləşdirmək”dən f.is.
|
BƏRABƏRLƏŞDİRMƏK (ID - 3847)f. Bərabər hala salmaq, bərabər etmək, bir ölçüyə, bir əndazəyə salmaq, tənləşdirmək, tarazlaşdırmaq.
|
BƏRABƏRLƏŞMƏ (ID - 3848)“Bərabərləşmək”dən f.is.
|
BƏRABƏRLƏŞMƏK (ID - 3849)f Bərabər olmaq, tənləşmək, tarazlaşmaq; bir ölçüyə, bir əndazəyə gəlmək.
// Ayaqlaşmaq. Sən onunla bərabərləşə bilməzsən. |
BƏRABƏRLİK (ID - 3850)is. 1. Cəmiyyətdə insanların bütün cəmiyyətin istehsal vasitələrinə bir cür münasibətdə və bərabər siyasi və vətəndaşlıq hüququna malik olmalarını təmin edən vəziyyəti. Kapitalizm quruluşunda heç bir həqiqi bərabərlik...
|
BƏRABƏRSİZLİK (ID - 3851) |
BƏRABƏRTƏRƏFLİ (ID - 3852)sif. riyaz. Tərəfləri bərabər olan. Bərabərtərəfli üçbucaq.
|
BƏRABƏRÜZLÜ (ID - 3853)sif. hənd. Üzləri bərabər olan. Bərabərüzlü üçbucaq.
|
BƏRABƏRYANLI (ID - 3854)sif. riyaz. İki yanı bərabər olan. Bərabəryanlı üçbucaq.
|
BƏRADƏR (ID - 3855)is. [fars.] Qardaş. Bəradərim Cəmil ilə məsləhəti bu yerə qoyduq ki, qabaqca o getsin. C.Məmmədquluzadə.
// Dostcasına müraciət. [Nəcəf bəy:] Bəradərim Nəcəf! Kağız yazıb, Cavadnan göndərmişdin, gəldi vüsul oldu, oxuyub... |
BƏRADƏRANƏ (ID - 3856)sif. və zərf[fars.] Qardaşcasına, qardaş kimi. 'Bəradəranə münasibət.
|
BƏRAƏT (ID - 3857)is. [ər.] hüq. Təmizə çıxma; günahsız, təqsirsiz olduğu meydana çıxma; müqəssirin günahsız olduğunu, cəzaya layiq olmadığını etiraf edən məhkəmə qərarı. Məhkəmə bəraət hökmünü çıxardı.
□ Bəraət qazanmaq -... |
Bu səhifə dəfə baxılıb