İzahlı lüğət

BƏNDLƏMƏK

f 1. Başdansovma tikmək, kök atmaq, kökləmək. Vaxt çatmamışdı ki, [nənəm donumun] düymələrini qoysun, odur ki, donu əynimə geydirib, yaxasını sapla bəndlədi. H.Sarabski.
Ala-babat, yarımçıq, yüngülcə bağlamaq; bənd etmək, ilişdirmək.
dan. Başdan rədd etmək, birini aldadıb, bir şeyi ona ötürmək, sırımaq.
dan. Dəyərli bir şeyi hiylə ilə ucuz qiymətə almaq, qoparmaq, əlinə keçirmək. [Məşədi:] Çünki verdiyim pulu da müamiləsi ilə alırdım, düşəndə bir at da bəndləyirdim. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......