BƏRAƏTis. [ər.] hüq. Təmizə çıxma; günahsız, təqsirsiz olduğu meydana çıxma; müqəssirin günahsız olduğunu, cəzaya layiq olmadığını etiraf edən məhkəmə qərarı. Məhkəmə bəraət hökmünü çıxardı.
□ Bəraət qazanmaq - günahsız, təqsirsiz olduğu meydana çıxmaq; təmizə çıxmaq. Məhkəmədə bəraət qazanmaq. Bəraət qazandırmaq təmizə çıxarmaq, haqq qazandırmaq, haqlı olduğunu etiraf etmək. [Firidun:] Sizin qəhrəman saydığınız bütün müqəssirlərə bəraət qazandırıram. M.İbrahimov. Qulam o adama bəraət qazandırmaq üçün tələsik qeyd etdi... Ə.Əbülhəsən. Paylaşın - Hamı bilsin
|