BƏNZƏR1. sif. Oxşar, oxşayan, bənzəyən, tay, uyğun. Bir-birinə bənzər. Əkizlər çox zaman bir-birinə bənzər olurlar. - Əlfazi Nəsimi bu gün ol möcüzədir kim; Bənzər ona bir lölöi-şəhvar ələ girməz. Nəsimi. Nə qədər qız yetirsə Gürcüstan; Sana bənzər mələk yetirməz, inan. H.Cavid.
2. is. Misl, tay, bərabər, timsal. Nə biləsən nə arayır xəyalında bu qoca; Bənzəri var bu torpaqda kök salan bir ağaca. S.Rüstəm. Sənət dəryaya bənzər, onun min bir halı var... B.Vahabzadə. Paylaşın - Hamı bilsin
|