İzahlı lüğət

BİRNƏFƏSƏ

zərf 1. Arası kəsilmədən, aramsız, arada durmadan, dayanmadan. Birnəfəsə danışmaq. Birnəfəsə qışqırmaq. Birnəfəsə yüyürmək. - Mən bu əsəri.. böyük bir ləzzətlə və birnəfəsə axıra qədər oxudum, gənc qələm yoldaşıma minnətdarlıq hissi ilə jurnalı bükdüm. M.İbrahimov.
// İstirahət etmədən, ara vermədən, tənəffüs etmədən. Səhərdən axşama qədər birnəfəsə işləyir. Birnəfəsə danışmaq.
2. Hamısını birdən, tələsik. Birnəfəsə yemək. Bütün suyu birnəfəsə içdi. - Kişi parçı birnəfəsə başına çəkdi. İ.Əfəndiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed