BƏND-BƏRƏis. 1. Keçid, keçiləcək yer, keçilə biləcək yeganə yer. Hər tərəfdən düşmənin bənd-bərəsini bağladılar. - ..Qoşun atlandı, yolları, bənd-bərəni kəsdi. “Koroğlu”.
Kəsib bəndi-bərəni; Düşmən qoşunlarını amansız zərbələrlə; Can evində haqlayır. R.Rza. 2. Sərhəd, hüdud. [Mərdan:] İlbəil mənim ürəyimə yazılıb, kin kitabı bağlanmasa idi, inan ki, mən bənd-bərəni belə aşmazdım. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|