İzahlı lüğət

BİZ1

birinci şəxsin cəmi. 1. Danışan şəxs bu sözlə özü ilə bərabər bir neçə nəfər, yaxud bir çox adam olduğunu bildirir. Biz qalib gələcəyik. Biz gəlmişdik, sən yox idin. O da bizlə gəldi. - Biz ümid olduq daza, daz özün qoydu naza. (Ata. sözü).
Bəzən “mən” əvəzində deyilir. Bizim düşüncəmizə görə. Bizim irəli sürdüyümüz fikir. Bizə görə belədir. Bizim tədqiqatımızdan bu nəticə çıxır ki.
Bəzən “lər” cəm şəkilçisi ilə .. bizlər
1) mən və mənim kimilər (bu mənada bir qədər kinayə çalarlığı var). Bizləri daha saymırsan! Bizləri dindirən yoxdur; 2) danışan şəxsin mənsub olduğu mühiti, cəmiyyəti, xalqı, yeri və s.-ni bildirir. Bizlərdə adət belədir. - Bəli, bizlərdə övrət boşamaq lazım olanda həmişə meydana bir bəhanə gəlir və halonki kişi övrəti boşamaqda muxtardır... C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed