BİZİMKİəvəz. 1. Bizə məxsus olan, bizə aid olan. O şeylər bizimkidir.
2. İs. mənasında, adətən cəm şəklində: bizimkilər - bizə yaxın olan adamlar, bizim yoldaşlarımız, bizimlə işləyən, bizimlə həmməslək, ya həmvətən olan adamlar, bizim sıralarımıza daxil olanlar, yaxud bizim ailə (üzvləri). Bizimkilər çoxdan bağa köçüblər. Bizimkilər kəmənd atıb metralyozları evlərə çəkdilər. M.S.Ordubadi. [Surxay:] ..Bizimkilər yığıncaq elədilər. S.Rəhman. Paylaşın - Hamı bilsin
|