İzahlı lüğət

BÜNÖVRƏ

is. 1. Özül, əsas, təməl. Evin bünövrəsi möhkəmdir. - Əhmədov maşından düşüb salam verdi. Bünövrələrə sarı yeridi. Mir Cəlal.
// Məc. mənada. [Fərhad:] ..Ey mənim dərdlərimin bünövrəsi, gəl yanımda otur.. Ə.Haqverdiyev. Lakin o [Hikmət İsfahani] bu səltənətin əsaslandığı bünövrənin, ictimai qaydanın pozulmasını qətiyyən istəmirdi. M.İbrahimov. Müəllimin fikrinə görə bünövrəni möhkəm qoymaq, buraxılışı da yararlı etmək lazım idi. S.Rəhimov.
2. Çıx. halda: bünövrədən - bax binadan (“bina” sözündə). Bir hörgü ki, bünövrədən gəc ola; Başı ərşə dəysə, dibi düz olmaz. Xəstə Qasım.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed