İzahlı lüğət

BUQƏLƏMUN

is. [ər.] 1. Mühitə görə öz dərisinin rəngini dəyişdirmək qabiliyyətinə malik olan sürünən heyvan. Buqələmun (xameleon) bir kiçik kərtənkələdir. Bu kərtənkələ bir ağacın budağına yapışıb, heç tərpənməyib, onun üstə gələn kiçik həşəratı tutub yeyir. H.Zərdabi.
2. məc. Öz fikrini, görüşünü, münasibətini asanlıqla və tez-tez dəyişən, dondandona girən adam haqqında. Buqələmun kimi rəngdən-rəngə girən qadının bu halları indi mənə bir çox şeyləri xatırladır. A.Şaiq. Səlimi .. “bu qorxunc buqələmunlar mühit və həyatı hələ nə qədər zəhərləyəcəkdir!” deyə düşündü. M.İbrahimov. Bu siyasi buqələmunlardan cümhuriyyət miqyasında neçəsi vardı? Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed