BƏŞƏRTA, BƏŞƏRTİbağl. [fars. bə və ər. şərta] (bəzən “ki” ilə: bəşərti ki) köhn. Bu şərtlə, bu şərtlə ki. [Hacı Qara:] ..Mən yağ ilə də sövdə edərəm, bəşərti ki xalis inək yağı ola. M.F.Axundzadə. [Mirzə:] ..Amma bəşərti ki, toyunu da tez eyləyəsən ha! Ə.Haqverdiyev. [Hacı:] Şəriət sahibi deyir oxu, elm kəsb elə, bəşərti ha isməti, irzi, namusu mühafizət elə! Mir Cəlal.
Paylaşın - Hamı bilsin
|