İzahlı lüğət

BAYĞIN

sif. və zərf 1. Özündən getmiş, qəşş etmiş, ürəyi keçmiş, bayılmış. Bayğın düşmək. Bayğın kimi yatmaq. - Səfər bu səsə əhəmiyyət vermədi, bayğın gözləri sayrışan ulduz arasında dolaşırdı. Çəmənzəminli.
məc. Xumar, məstanə, süzgün. Bayğın baxışlar. - Qadınların bu hərəkəti, Almazın dalğın duruşu, bayğın baxışları, gizli göz yaşları Pakizəni heç açmırdı. A.Şaiq.
bayğın-bayğın zərf Xumarlanmış halda, süzgün-süzgün, məstanə. [Gənc oğlan və qız] bu kölgəli gecəni bayğın-bayğın seyr edir və ürəklərinə yaxın olan şeylərdən danışırlar. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

BE

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed