BUYRUQis. Əmr, hökm, sərəncam. Təlaq tamam olduqda, şahın buyruğu ilə onların [hərəmlərin] kəbin kağızlarını Xacə Mübarək yırtdı. M.F.Axundzadə. Biçarə muzdurun damarları qurudu ki, indicə yaranalın buyruğu ilə Həsənəli bəyin özünü tutub, qazamata göndərəcəkdir. S.M.Qənizadə.
□ Buyruq qulu köhn. - hər bir əmr və hökmü korkorana yerinə yetirməyə hazır olan adam haqqında. [Kəmalüddövlə:] Beləliklə, biz .. din rəhbərinin buyruq qulu olaraq azadlıq nemətlərindən məhrumuq. M.F.Axundzadə. Buyruq vermək - əmr vermək, sərəncam vermək. [Molla İbrahim Xəlil] ..Molla Həmid qabağına gələndən sonra, bu növ ilə ona buyruq verir. M.F.Axundzadə. Paylaşın - Hamı bilsin
|