BUZis. 1. Donmuş su. Buzparçaları. Buz təbəqəsi. Qışda sular donub buz olur.
□ Buz baglamaq (tutmaq) - buzla örtülmək, donmaq. Suyun üzü buz bağlayıbdır. - Sevgilim, qış gəlir, şaxta düşəcək; Yenə axar çaylar buz tutacaqdır. S.Vurğun. Ətrafda nə varsa donub buz bağlamışdı. Ə.Məmmədxanlı. 2. Çox soyuq, sərin şey haqqında (çox vaxt “kimi” qoşması ilə). Əllərin lap buzdur. Buz kimi bulaq suyu. - Buranın yerindən, havasından əlavə, suyu çox içməlidir. Buz kimi ürək sərinlədəndir. Ə.Haqverdiyev. Vücuduna yapışan buz kimi soyuq və kələkötür palçıq onun böyrünü, arxasını deşirdi. A.Şaiq. □ Buza dönmək - 1)bərk üşümək, soyuqdan donmaq dərəcəsinə gəlmək; tamamilə soyumaq. Məşədibəy qayıdıb içəri girəndə, stolun üstündəki xörək soyuyub buza dönmüşdü. M.Hüseyn. □□ Buz baltası - çox sağlam, canıbərk adam haqqında. Ürəyi buz kimi olmaq - tamamilə arxayın, rahat, əmin olmaq. Paylaşın - Hamı bilsin
|