BÜZÜLMƏKf 1. Yığışmaq, qırışmaq, büzük hala düşmək. [Qızın] qaşlarının qovuşduğunu, dodaqlarının, büzüldüyünü .. görürdüm. M.S.Ordubadi.
Sığınıb durmaq, yazıq-yazıq durmaq (oturmaq), susmaq, dinməmək. Ata ümmid ilə baxar uşağa; Büzülübdür anası bir bucağa. A.Səhhət. Ayrım qızının belə öyünməsindən, Kərim babanın elə sükut ilə büzülüb durmasından bir qəhqəhə qopdu. A.Şaiq. // Yığışmaq, öz bədənini yığışdırmaq. Heyvanlar eyvanın küncündə büzülüb yatan Qəhrəmanı qoxulayır. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|