BOZARMAQf 1. Boz rəng almaq, bozlaşmaq. Qadın qoca olduğuna və saçlarının tamamilə bozardığına baxmayaraq, çöhrəsində görünən təravət onun gənclikdə malik olduğu gözəlliyi andırırdı. M.S.Ordubadi.
// Solmaq, rəngi qaçmaq, rəngi getmək. Qızın rəngi gül kimi bozarmışdı. M.Hüseyn. Yetişməyə başlamaq, biçilmək (dərilmək) vaxtı çatmaq. Arpalar bozarmışdır. Qarpızlar yavaş-yavaş bozarır. Çiskinləşmək, tutqunlaşmaq; soyuqlaşmağa başlamaq, duman və soyuq olmaq. Havalar bozarmışdır; Ağ saqqallı qış gəlir. S.Rüstəm. Payız fəsli olduğu üçün hava yaman bozarmışdı. P.Makulu. // Yaxınlaşmaq, əlamətləri görünməyə başlamaq. Payız bozarır, dağüstü şəhərinin özündə və ətrafında meşələrdə ağaclar lütləşir. S.Rəhimov. Bişməyə, qovrulmağa başlamaq. Ət lap bozarıb, indicə xörək hazır olacaq. məc. Üzə qabarmaq; hörmətsizcəsinə, ədəbsizcəsinə, qabacasına cavab vermək, acıqlanmaq. Həsənov yenə bozarmaq istəyir, lakin cəsarət etməyib susur. M.İbrahimov. Tahir dostunun yanında pərtliyini gizlədə bilməyib, anasının üstünə bozardı... M.Hüseyn. □□ Qızarıb-bozarmaq - bax qızarmaq. Paylaşın - Hamı bilsin
|