BOZARTMAQf 1. Boz etmək, boz rəng vermək. Rəngsaz divarı bozartdı.
Soldurmaq. Paltarını günün altında bozartmaq. Yetişdirmək. İsti arpaları bozardır. Ala-çiy bişirmək, yüngülvari qovurmaq. Əti bozartmaq. məc. Utandırmaq. □□ Sifətini (üzünü) bozartmaq - üzünün ifadəsini sərtləşdirmək, ciddiləşdirmək, qaşqabağını sallamaq. Nəbi üzünü bozardıb dedi: - Sən bizdən nə istəyirsən? “Qaçaq Nəbi”. ..Yasavul adamlarla görüşdükdə, qabaqcadan sifətini bozardır, “böyük iş adamı ” kimi sifət alır, adamları qabaqlayırdı. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|