BƏDİRLƏNMİŞfsif Tam dairə şəklinə düşmüş, dolğunlaşmış, on dörd gecəlik. 'Bədirlənmiş Ay qalxıb, göyün bir qatında durub, bu övzaya tamaşa edirdi. Ə.Haqverdiyev. Göydə parladıqca bədirlənmiş Ay; Gümüş zəncir kimi görünürdü çay. M.Seyidzadə.
Bədirlənmiş ay kimi - on dörd gecəlik Ay kimi parlaq, təmiz, saf, ləkəsiz, aydın (bədii ədəbiyyatda gözəlin surəti buna təşbeh olunur). Göyçəyin üzü bədirlənmiş ay kimi şəfəqli idi. Ə.Vəliyev. [Sarıtelin] hisli çırağın zəif işığında ala-yarımçıq görünən qaramtıl saçları, uzun hörükləri, bədirlənmiş Ay kimi yanaqları var idi. M.Hüseyn. Paylaşın - Hamı bilsin
|