BAXILMAQməch. 1. Tamaşa edilmək, gözdən keçirilmək, seyr edilmək. Yeni filmlərə baxılmaq.
Mütaliə edilmək, göz gəzdirilmək, gözdən keçirilmək, ötəri oxunmaq. Qəzetlərin bugünkü nömrələrinə baxılmışdır. Gözdən keçirilmək, axtarılmaq, araşdırılmaq. Hər tərəfə baxılmışdır. //Yoxlanılmaq. Korrekturaya yaxşı baxılmamışdır. Fikir verilmək, əhəmiyyət verilmək, diqqət yetirilmək, nəzərə alınmaq, qulaq asılmaq. Məsləhətə baxılsaydı, belə olmazdı. Müzakirə edilmək, gözdən keçirilmək. Məhkəmədə işə baxılmaq. Qulluq edilmək, xidmət edilmək, qayğısı çəkilmək. Mal-qaraya yaxşı baxılmaq. Paylaşın - Hamı bilsin
|