BAKİR(Ə) sif. [ər.] 1. Pozulmamış, toxunulmamış. Bakirə qız.
məc. Saf, təmiz, korlanmamış, ləkəsiz. Bu incə rəqslərdə nə qədər gözəllik, nə qədər bakir hissin ifadəsi vardı. Çəmənzəminli. [Uşaqların] saf bakir, həyat və gələcək dolu şən səsi dillərin ən böyük mahnısı, .. dünyanın ən dadlı musiqisidir. Mir Cəlal. məc. İnsan əli dəyməmiş, toxunulmamış. Bakir meşələr. - Birinci dəfə Nobel, adanın bakir torpağını ilk kəşfıyyat buruğu ilə zədələrkən çox məyus olmuşdu. Ə.Məmmədxanlı. Paylaşın - Hamı bilsin
|