BAL2is. [fars.] klas. Qanad. Klassik ədəbiyyatda çox vaxt “balü pər”, yaxud “pərü bal” şəklində işlənir - qol-qanad. Cida düşdüm o tuti ləhcədən, balü pərim sındı. S.Ə.Şirvani. [Cəfərqulu xan:] Atamızın qoşunu tərk olub, balü pəri qırılandan sonra bir yerdə Ədil şaha əsir olmuşuq. Ə.Haqverdiyev. Döyüşdükcə qoca qartal; Qüvvət alır balü pəri. S.Vurğun. O yazıq quşların balü pərini.. kəsmişdilər. M.Rahim.
□ Balü pər vermək klas. - qanadlandırmaq, ruhlandırmaq. Öz asar və əşarı ilə onlar [ədib və şairlər] millətin cisminə şəfa, ruhinə səfa, fikrinə cila, əqlinə və mənəvi və ruhani qüvvələrinə balü pər verib, uca məqamə qaldırırlar. F.Köçərli. Paylaşın - Hamı bilsin
|