İzahlı lüğət

BELƏ

əvəz. 1. Bu cür, bu təhər, bu kimi, bu sayaq. Mən belə adam görməmişəm. Belə işlərə yol vermək olmaz. - Fikirləşirəm, .. axırda yəqin edirəm ki, hələ gərək belə də olsun. M.Ə.Sabir. [Suraxanski:] Mən heç vaxt.. demərəm ki, məni tərif et. Belə təvəqqe ancaq mənə əskiklik gətirib, mənim şənimə toxunar. Ə.Haqverdiyev.
// Bu qədər, bunca. Belə gec niyə gəldin? - Sən ki bu qaydada belə gözəlsən; Yoxdu gözəllikdə sənə tay, gözəl. Aşıq Abbas. [Kərbəlayı Rəcəb:] Hacı, dərdin alım, nöşün belə kəmhövsələ olmusan? N.Vəzirov.
“Hətta” mənasında bağlayıcı kimi işlənir. Firidun sual belə vermədən xarabaya girdi. M.İbrahimov. Beş dəqiqə belə keçməmiş asfaltlı yolda təzəcə abı rəngə boyanmış .. maşın göründü. M.Hüseyn. Burada ağaclar belə sınmış, bağçalar qurumuş, .. heyvanlar belə sanki qaçıb bu kənddən uzaqlaşmışdılar. Ə.Məmmədxanlı.
Bu boyda, bu yekəlikdə. Belə ağacın başına qalxmaq çətindir.
dan. Bu tərəfə, bu yana, o tərəfə, o yana. Bir-birimizdən ayrıldıq, mən belə gəldim, o belə getdi.
“Bundan”, “bu gündən” sözləri ilə bərabər: bundan sonra, bundan etibarən, başlayaraq. Bundan belə mən sizə gəlməyəcəyəm.
Nə yaraşır sana, divanə könül; Həmdəm olmaq yara bu gündən belə. Q.Zakir.
Yalnız cəm şəklində: belələr(i) - bu cür adamlar. 'Belələrinə söz kar eləmir. M.Hüseyn.
Qoşa şəkildə: belə-belə - bax belə 1-ci mənada. Bizə belə-belə adamlar lazım deyil. C.Məmmədquluzadə. 'Belə-belə fikirlər Rüstəm bəyi artıqlığınca məşğul edirdi. Çəmənzəminli. Sən belə-belə işlərə qarışmasan, yaxşıdır; özüm bilərəm. Ə.Əbülhəsən.
“Ki” bağlayıcısı ilə: belə ki (əski forması “belə kim”) - nəticə bildirən qovuşuq cümlələri birləşdirən bağlayıcı yerində işlənir (“buna görə də” mənasında). Belə kim mən görürəm dilbərimin, qəmzəsini; Öldürür aşiqi-sərgəştəni mərdanə bu gün. Reyhan xanım.
Belə ha - tərif, bəyənmə mənasında işlənən nida. Bir qarı fəxrlə dedi: - Belə ha!.. Deyəsən, bu gündən belə xəstəni xəstəxanaya çalğı ilə aparacaqlar. “Kirpi”. Elə belə
1) nə yaxşı, nə pis, babat, miyanə, orta; 2) müəyyən məqsədsiz, qərəzsiz, bikarçılıqdan. Elə belə tində durmuşdum. - [Qaçay:] Elə belə demək istəyirsənsə, de. Z.Xəlil.
Belədən-belə - bir tərəfdən o biri tərəfə, bu yandan o yana. Yük, minik çəkirsən belədən-belə; İşləmək olmaz, a canım, bir belə! A.Səhhət. Göydə əlvan buludlar keçir belədən-belə. R.Rza.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed