BEÇƏis. [fars.] 1. Bala.
Çolpa, cavan xoruz. Siz sərv kimi sərkəş olub böylə boy atdız; İllik beçətək banlayaraq, xalqı oyatdız. M.Ə.Sabir. Dan atınca xoruz, beçələr banlar. A.Şaiq. Xalq ehtiyac içində əziyyət çəkdiyi zaman, Tərlan ağına-bozuna baxmadan, beçədən, əmlikdən kəsdirib yeyirdi. M.Hüseyn. Cavan bal arısı. □ Beçə vermək - b ax beçələmək. [Piri kişi:] Yaxşı vaxtında gəlmişik, bu saat buranın arısı beçə verəcəkdir. S.S.Axundov. Arılar beçə verən zaman kənd adamı meşəni dolanar, bu arı pətəklərindən tapar, hər birisindən pudlarla bal götürərdi. S.Rəhimov. Beçə balı - cavan arının balı, təmiz ağ bal. Gülpərinin İdris üçün saxladığı beçə balı, motal pendiri və kərə yağı Əlyarovun çox xoşuna gəldi. M.Hüseyn. Paylaşın - Hamı bilsin
|