İzahlı lüğət

BAZUBƏND

is. [fars.] 1. Qolbaq, bilərzik. Xədəmələr durar sağü solunda; Cavahir bazubənd iki qolunda. Nəbati. Bu halda şah, başında tac və əlində cavahirnişan toppuz, qolunda cavahir bazubəndlər .. taxta çıxıb oturdu. M.F.Axundzadə. Salıbsan gərdənə heykəl, həmail; Qızıl bazubəndlər qola yaraşar. Aşıq Ələsgər.
Qədimdə döyüşçülərin qollarına geydikləri dəmir qolçaq.
din. İçərisində nəzər duası, yaxud dua kitabçalarından bir nüsxə qoyulmuş, meşin və ya parça qovluq; qolbənd.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed