BAZARLIQ1. is. Bazardan alınmış şeylər.
Bazarlıq etmək - 1) bazardan ev üçün lazımi şeylər almaq. [Nəbi ağa:] Özün buyurmuşdun ki, məni tez oyat, axşama qonaqlarım var, gərək bazarlıq edəm. S.S.Axundov. Firəngiz bazarlıq edir, xörək hazırlayır, ata və oğulun yolunu gözləyirdi. S.Rəhimov; 2) alver etmək. Hazırda sizinlə bazarlıq edəcək tacirlərdən deyilik. M.S.Ordubadi. is. etnoqr. Ərə gedən qız üçün paltar. Çox mübarək, çox mübarək, ölmədik, oğlumuzun toyunu gördük, - deyə Kəblə Xeyransa bazarlığı kişinin əlindən alıb sahmanlayır. H.Sarabski. Sabahı günü Əhməd kişi işdən qayıdandan sonra qızını evdə tapmadı. Tərs kimi bu gecə qıza bazarlıq gələcəkdi. Ə.Məmmədxanlı. □ Bazarlıq etmək - toy üçün lazımi şeylər almaq. sif. Bazarda satmaq üçün hazırlanan. Paylaşın - Hamı bilsin
|