BEHİŞTis. [fars.] 1. Dini etiqadlara görə, bu dünyada savab iş görmüş adamların axirətdə səadət içərisində yaşayacaqları yer; cənnət. [Xortdan:] Pərvərdigara, belə müqəddəs kişi cəhənnəmə düşəndə bəs behiştə kim göndəriləcək? Ə.Haqverdiyev.
məc. Son dərəcə gözəl, mənzərəli, ürəkaçan yer haqqında. Dünya gözümdə behişt bağına döndü. M.F.Axundzadə. [Rüstəm:] Paris, nə Paris! Yer üzünün behişti desək, yenə xata eləməmişəm! Ə.Haqverdiyev. [Səfər bəy:] Pəh, pəh xudavəndi-aləm gör nə gözəl yerlər yaradıb, bura nəinki “el bulağı”, lap behiştin bir guşəsi demək olar... Talıblı. Bir bağım var, səfalı, yaraşıqlı və behişt kimi bir yerdir. M.İbrahimov. // Şairanə təşbihlərdə. Sən bir behiştsən, zəmzəm ziynətdir; Nə fərq elər əhvalıma, sevdiyim. M.V.Vidadi. Mənim bağü behiştim yardır, cənnətdə karım yox. S.Ə.Şirvani. Paylaşın - Hamı bilsin
|