BALACALIQis. 1. Həcmcə, boyca, miqdarca, sayca kiçiklik, xırdalıq, azlıq; balaca şeyin halı.
2. Uşaqlıq, körpəlik. Balacalığında çox nadinc idi. Balacalığına baxma, çox zirəkdir. - Yusif Qaraca qızın tərsliyinə təəccüb edib, arvadına deyərdi: - Bu zorbalıqda ayı mənim qamçımın qorxusundan hər cür oyun çıxarır, amma bu balacalıqda qızın əlində aciz qalmışam. S.S.Axundov. Paylaşın - Hamı bilsin
|